خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31540
Müqəddəs Cəmkəran məscidinin ümumi və beynəl-xalq əlaqələr üzrə müdiri dedi:
Cəmkəran məscidi İmam Zaman (ə) şiələrini qarşılamağa hazırlaşır
Şəbistan xəbər agentliyi: Höccətül-islam Haşimizadə Müqəddəs Cəmkəran məscdinin həftə sonu proqramlarını elan edərək Qole-nərgis mədəni mərkəzinin və Quran, fiqh və həyat sərgisinin fəaliyyətlərindən danışdı.

Şəbistan xəbər agentliyinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi xəbərə görə Müqəddəs Cəmkəran məscidinin ümumi və beynəl-xalq əlaqələr üzrə müdiri dedi:  Bu həftənin sonu Müqəddəs Cəmkəran məscdində Höccətül-islam Xələc, Məhəmməd pur və Heydəri Kaşani xütbə oxuyacaq.

O, bildirdi ki, çərşənbə axşamı 14-noyabr saat 20: 15-də Höccətül-islam Xələc xütbə oxuyacaq, Hacı Həsən Şalabafan saat 21:00-da təvəssül duasını oxuyacaq.

Höccətül-islam Haşimizadə dedi: Cümə axşamı 16-noyabr İşa namazından sonra  bütün zəvvarlar üçün Quran təlimi dərsi olacaq. Ondan sonra Höccətül-islam Məhəmməd pur saat 20:15-dən xütbə oxumağa başlayacaq. Onun xütbəsindən sonra saat 21:00-da mənəvi Kumeyl duası oxunacaq.

Höccətül-islam Haşimizadə dedi: Cümə günü sübh çağı 17-noyabrda saat 05:30-da Əhd duası oxunacaq. Höccətül-islam Heydəri Kaşani saat 05:45-də nüdbə edənlərin arasında moizə edəcək və saat 06:30-da  Həzrət İmam Zamanın (ə) müntəzirləri və aşiqləri Nüdbə duasını Hacı Məhəmməd Rza Qulamrzazadənin gözəl səsi ilə zəmzəmə edəcəklər.

 Müqəddəs Cəmkəran məscidinin ümumi və beynəl-xalq əlaqələr üzrə müdiri dedi: Ali-yasin və Səmat duaları cümə günü axşam üstü saat 17-də Müqəddəs Cəmkəran məscdinin mərasim bölməsi tərəfdən oxunacaq. http://shabestan.ir/detail/News/669009

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده