خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31537

İran səfiri: "Azərbaycandan İrana yardım təklif olunub"
“İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.

 

“İranda baş verən zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhani və İran xalqına başsağlığı verib. İran dövləti adından təşəkkürümüzü çatdırırıq”.
 
Bunu APA-ya İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, zəlzələdən sonra Azərbaycanın dövlət orqanlarından İrana yardımlar təklif olunub: “Təklif edilən yardımlarla bağlı İranın aidiyyəti qurumlarını məlumatlandıracağıq”.
 
Səfir bildirib ki, son məlumatlara görə, İranda baş vermiş zəlzələ nəticəsində ölü sayı 214 nəfərə çatıb, xəsarət alanların sayı isə 1700-dən çoxdur.
 
Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده