خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31533
Höccətül-islam vəl-müslimin Əxəvan
İnsanın həyat tərzi dinin göstərişləri əsasında tənzimlənməlidir
Şəbistan xəbər agentliyi: Quran təfsirçisi dedi: İnsanın həyat tərzi dinin göstərişləri əsasında tənzimlənməlidir. Belə olduğu surətdə onun dünya və axirət səadəti qarantiya alınmış olar.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Quran təfsirçisi və elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Hacı Şeyx Abbas Əxəvan keçən gecə Səfər ayının üçüncü on günlüyü münasibəti ilə Şəhid Behişti məscidində keçirilən mərasimdə dedi: İnsanın nigarançılıqlarından biri budur ki, o bilmir ki, öz vəzifəsinə əməl edib ya yox?

O, əlavə etdi ki, belə bir nigarançılıq insanda yarandıqdan sonra o əvvəl öz vəzifəsinin nə olduğunu bilmələdir. Buna görə də insan vəzifəsinin nə olduğunu bilmədiyi müddətə qədər nigarançılığı faydasız olacaq.

O, qeyd etdi ki, insan bəzi işləri özü üçün vəzifə kimi görür. Bir halda ki, o iş cahilanə və ağıldan uzaq bir iş sayılır. Bəzi insanlar səhv təsəvvürləri əsasında belə düşünürlər ki, etdikləri iş həmin vəzifəyə əməldir. Bir halda ki, belə deyil. Çünki, vəzifəni yerinə gətirmək agahlıq üzündən olmalıdır.

O, İmam Səccaddan bir hədisə istinad edərək dedi: Həzrət buyurdu: Övladım! Öz boynunu camaatın behişt körpüsü qərar vermə. İnsan dini vəzifəsi barədə agahlıqtapmaq üçün zamana ehtiyacı vardır ki, kamillik yolunu agahlıqla keçsin.

O, təkid etdi ki, insan gərək əvvəl vəzifəsinə əməl edən bir şəxs olsun. Sonra başqalarına qarşı vəzifələrini riayət etsin. İnsanın vəzifələrinə agahlığının miqdarı onun ağlının miqdarından asılıdır. İnsan öz cəhalətindən qorxmalıdır.

Quran təfsirçisi dedi: İnsanın həyat tərzi dinin göstərişləri əsasında tənzimlənməlidir. Belə olduğu surətdə onun dünya və axirət səadəti qarantiya alınmış olar.http://shabestan.ir/detail/News/669062

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده