خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31532
Höccətül-islam vəl-müslimin Ənsariyan
İlahi ayələrdən üz döndərmək cəmiyyətdə baş verən oğurluqların mənşəyi
Şəbistan xəbər agentliyi: Quran təfsirçisi bütün oğurluqların mənşəyini camaatın dindən uzaq düşməsi və İlahi ayələrdən üz döndərməsində görərək dedi: İctimai problemlərin həlli ilahi göstərişlərə itaət etməyə bağlıdır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Quran təfsirçisi Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan Bazar ertəsi gecə Səfər ayının üçüncü on günlüyü münasibəti ilə Bəniz-Zəhra heyətində keçirilən mərasimdə dedi: Quran cəmiyyətin fərdi və ictimai problemlərinin həll olunmasındakı ən önəmli açardır.

O, əlavə etdi ki, Quranın göstərişlərinə əməl etmək insanın ilahi ayələrin qarşısında təslim olduğunun göstəricisidir. Təslim olmaq ilahi peyğəmbərlərin mühüm xüsusiyyətlərindən sayılır. Çünki, onlar Allahın elm və hikmətinə yəqin tapmışdılar.

Bu Quran təfsirçisi insanın pronlemlərinin həll edilməsində yalnız Allahın qadir olduğuna işarə edərək dedi: İnsan təslim olmaq məqamına yetişmiş olsa, heç vaxt Allahın məhzərində şikayət etməz. Allah üçün vəzifə təyin edən şəxslər yalnız cahil insanlardır.

O, İmam Hüseynin (ə) səhabələrinin hamısının yalnız ilahi göstərişlərə və öz imamlarının göstərişlərinə təslim olduqlarını bildirərək dedi: İmam Hüseyn (ə) buyurdu: Mən nə keçmişdə və nə də gələcəkdə öz səhabələrim kimi səhabələr tanımıram. İmam Hüseynin (ə) səhabələri o Həzrətin elminə və sadiqliyinə yəqin etmişdilər. Bir an belə olsun İmam Hüseynin Aşura addımıənda şübəyə düşməmişdilər.

Quran təfsirçisi bütün oğurluqların mənşəyini camaatın dindən uzaq düşməsi və İlahi ayələrdən üz döndərməsində görərək dedi: İctimai problemlərin həlli ilahi göstərişlərə itaət etməyə bağlıdır.

O, qeyd etdi ki, insanın həyatı Qurana inam əsasında formalaşmalıdır. Təqva Qurana itaətlə əldə olunar. Quran təqvalı insanın qəlbini nurani edir.http://shabestan.ir/detail/News/669091

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده