خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Monday, November 13, 2017 Xəbər kodu : 31531
Şəbistan xəbər agentliyinin Tərbiyət Müdərris universitetinin Quran və hədis elmləri qrupunun müdiri ilə müsahibəsi
Məhəmməd və Ali Məhəmməd Allahın böyük vasitəsi və feyz mənbəyi
Şəbistan xəbər agentliyi: Mövcud rəvayətlərə əsasən, o insan kamil insandır ki, Allahın böyük vasitəsidir. Məhəmməd vəAli Məhəmməd bütün vasitələrin vasitəsi və feyz mənbəyidir.

Şəbistan xəbər agentliyi – Quran və maarif bölümü: Mütəal Allah heç bir işi vasitəsiz yerinə gətirmir. Hətta maddi işlərdə də belədir. Belə deyil ki, Allah yağış yaödırmaq istədiyi zaman özü bu işi görür. Çünki, belə olduğu surətdə Allahın maddı cəhəti olmalıdır. Bir halda ki, Allah bu kimi məhdudiyyətlərdən uzaqdır. Buna görə də yağışın yağmasına səbəb olan bulud və küləkləri göndərir. Ülvü və mələkut işlərdə də məsələ belədir. Buna görə də heç bir iradı yoxdur ki, deyək Allah Həzrət İsanın (ə) vasitəsi ilə yaradır ya da ölüləri dirildir. Həqiqətdə dirildən Odur. Amma Həzrət İsanın (ə) əli görsənir. Bütün varlıq aləmində və yaradılış işlərində siz müşahidə edirsiniz ki, bütün çətin dənkləmələrdə vasitələrin rolu görsənir. Amma bu vasitə silsiləsinin hərəkətinin sonu hara yetişir? Əlbəttə ki, kamil insana yetişir. Mövcud rəvayətlərə əsasən, o insan kamil insandır ki, Allahın böyük vasitəsidir. Məhəmməd vəAli Məhəmməd bütün vasitələrin vasitəsi və feyz mənbəyidir.

Bizə desələr ki, Peyğəmbəri (s), pak İmamları (ə) və ilahi övliyaları tanıyın və bu tanışlıq imanın ən mühüm şərtidir. Onların bioqrafiyasını tanımaq kifayət deyil. Həqiqətdə tarixi mənbələrdən Peyğəmbər (s) və Əhli-beytin (ə) həyatları barədə bilgi sahibi olmaq baxmayaraq ki, lazımlıdır, amma daha üstün dərəcədə tanışlıq üçün bu kifayət deyil.

Üstün dərəcədə olan tanışlıq bundan ibarətdir ki, Peyğəmbər (s) və Əhli-beyti (ə) dini göstərişləri və ilahi hökmləri Allah tərəfindən alıb bizim ixtiyarımızda qoyan şəxsiyyətlər kimi tanımalıyıq. Yəni onları dinin icraçıları ünvanı ilə tanımalıyıq.http://shabestan.ir/detail/News/668965

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده