خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, November 11, 2017 Xəbər kodu : 31507

Livan Baş Nazirinin Səudiyyə Ərəbistanında girov saxlanması və istefasının pərdə arxası - ŞOK FAKTLAR
...Ötən həftə Yaxın Şərq Livan baş naziri Sədd Həririnin istefa xəbəri ilə çalxalandı. Belə ki, ani bir qərarla yanında heç bir dövlət nümayəndəsi olmayan Həriri kralın dəvəti ilə Səudiyyə Ərəbistanın paytaxtı Riyada rəsmi səfər etd

Ötən həftə Yaxın Şərq Livan baş naziri Sədd Həririnin istefa xəbəri ilə çalxalandı. Belə ki, ani bir qərarla yanında heç bir dövlət nümayəndəsi olmayan Həriri kralın dəvəti ilə Səudiyyə Ərəbistanın paytaxtı Riyada rəsmi səfər etdi. Paytaxt Riyada çatdıqdan bir neçə saat sonra isə Livan baş nazirliyi postundan istefa verdiyini açıqladı. Artıq bir neçə gündür ərəb və Livan mediası Səəd Həririnin istefasını öz istəyi ilə vermədiyini yazır.

 

FaktXəbər-in verdiyi məlumata görə, Britaniyanın “The İndependent” qəzetinin Yaxın Şərq üzrə məşhur yazarı Robert Fisk Səəd Hərinin istefasının pərdəarxasını qələmə alıb.

 

Qeyd edək ki, Robert Fisk əsasən Yaxın Şərq, Türkiyə və Qafqaz barədə təhlili yazıları ilə geniş tanınır. O, artıq 25 ildir ki, Livan paytaxtı Beyrutda yaşayır.

 

Tanınmış təhlilçi özünün son yazısından baş verənləri belə anladıb: "Noyabrın 3-də Səəd Həriri Nazirlər Kabinetinin toplantısında idi. Bu vaxt Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səudun onu təcili Riyada dəvət etdiyi barədə məlumat alır. Siz də Həriri kimi olsaydınız  bir padişahın dəvətini geri çevirməzdiniz. Həm də Səudiyyə Ərəbistanının Həririnin şirkətinə 9 milyard dollar borcu var. Həririnin təyyarəsi Riyadda endikdə gördüyü ilk şey, təyyarəni mühasirəyə alan polis qüvvələri olub. Onlar təyyarəyə girərək Həririnin və iki şəxsi cangüdəninin telefonlarını əllərindən alıblar. Beləliklə, Livanın baş nazirinin səsi elə o andan kəsilib. Bir neçə saat sonra isə Səəd Həriri istefa verməsini açıqladı. Bu qərar Livanda şok effekti yaratdı."

 

Robert Fisk qeyd edir ki, Səəd Həriri istefasını özü yazmayıb: «Bu onun dəsti xətti deyil. Onu tanıyanlardan biri mənə dedi ki, sanki Həriri özü danışmırdı. Səudiyyəlilər ona tapşırıq vermişdilər ki, istefa versin və bunu paytaxt Riyaddan elan etsin. Livan dövlət rəsmilərindən və Həriri ailəsindən heç kim onunla əlaqə yarada bilməyib.Amma Həriri istefasını açıqlayan zaman bu sözləri demişdi, qayıdacam, vəziyyətim yaxşıdır». 

 

Ekspertin sözlərinə görə, Səəd Həririnin BƏƏ və Bəhreynə səfər etməsi Səudiyyə Ərəbistanı tərəfindən təşkil olunmuşdu. Bununla rəsmi Riyad göstərmək istəyirdi ki, Həriri girovluqda deyil.  Amma bir girov kimi Səudiyyə polisinin nəzarətində bu ölkələrə səfər edib.

 

Robert Fiskin fikrincə Səudiyyə Ərəbistanı bu addımla Livan Hizbullahını zəiflətmək istəyir: «Səəd Həririni girov saxlama və onu istefaya məcbur etməklə Livanda daxili çaxnaşma yaratmaq və Hizbullah müqavimət hərəkatını Nazirlər Kabinetdən uzaqlaşdırmaqdır.  Livanlıların səudiyyəlilər qədər pulu olmasa da ağılları yaxşı işləyir. Hizbullah da daxil olmaqla bütün siyasi cərəyanlar Səəd Həririnin ölkəyə qaytarılmasını tələb edirlər». 

 

«Səəd Həriri xanımı və ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanındadır. Əgər o Livana qayıtsa, aiələsi orda girov saxlanacaq. Bir həftədir bu istefa Livan siyasi gündəmini zəbt edib. Hətta onun böyük qardaşı Baha Həriri Sədd Həririnin kabinetdəki yerini tutmaq istəyir. Amma bunun baş verməsi gözlənilmir.  Hazırda Livan ağır siyasi böhranla üzə-üzədir», - deyə ekspert sözlərini yekunlaşdırıb.

 

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bununla özünün və  vəliəhd Məhəmmədin mövqeyini möhkəmlətməyə çalışır. O bilir ki, əgər Amerika və İsrailin dəstəyini almadan Livana hərbi müdaxilə edərsə, Livan Hizbullahı və ordusu sabah Riyada onun sarayında olar. Bundan əlavə Livanın istefa vermiş baş naziri Səid Həririnin "Əl-Mustəqbəl" partiyası onu Səudiyyədən dərhal dönməyə çağırıb.  Dünən partiyanın Beyrutda keçirdiyi toplantıda Səid Həririnin "Livanın ləyaqətini və hörmətini bərpa etmək üçün" dərhal ölkəyə geri qayıtması barədə qərar qəbul edilib. Keçmiş baş nazir Fuad Sanioranın oxuduğu açıqlama mətnində Həririnin öz iradəsinin əksinə olaraq Səudiyyədə zorla saxlanıldığı söylənilib. "Əl-Mustəqbəl" partiyasının açıqlaması ilə eyni vaxtda Səudiyyə Ərəbistanı öz vətəndaşlarını Livandan geri çağırıb və Livana səfər etməmə barədə xəbərdarlıq edib.

 

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Beyrutdakı səfiri Həriri ailəsi ilə görüşərək krallığın tapşırığını onlara çatdırıb. Həriri ailəsinə bildirib ki, tez bir zamanda Livanı tərk edərək Səudiyyə Ərəbistanına gəlsinlər. Səid Həriri Livana qayıdıb rəsmi istefasını Livan prezidenti Mişel Auna təqdim etdikdən sonra Riyada qayıdacaq və orada qardaşı Baha Həririyə beyət edəcək. Partiyanın sədri hazırda Livanın baş nazirlik postundan istefa vermiş Səəd Həriridir. Səudiyyə Ərəbistanı "Əl-Mustəqbəl" partiyasına yeni sədrin Səəd Hərinin böyük qardaşı Baha Həririnin seçilməsini əmr edib. Hazırda Həriri ailəsi Livandadır. Onlar Səudiyyə səfirinin son tapşırığını müzakirə edirlər. Ailənin Səudiyyə Ərəbistanı ilə sıx əlaqəsi isə Səid Hərinin tezliklə azad olunması üçündür.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده