خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Saturday, November 11, 2017 Xəbər kodu : 31504

Ədalət onun mübarək əllərindədir
“Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər. (Məhdi (ə)) hökumətin iş görənlərini pis əməllərinə görə cəzalandıracaqdır. Haqq hökumətindəki aydın ədaləti sizə göstərəcəkdir”.

Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir. Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər. (Məhdi (ə)) hökumətin iş görənlərini pis əməllərinə görə cəzalandıracaqdır. Haqq hökumətindəki aydın ədaləti sizə göstərəcəkdir”. (Erfan)

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Bilin ki, bizlərdən o kəs ki, (Məhdi (ə)) gələcəkdəki fitnələri dərk edər, aydın çıraqla ona (tərəf) addım atar və salehlərin həmin yolu ilə rəftar edər. Düyünləri açar, qulları və əsir millətləri azad edər, yolunu azmış və zalım cəmiyyəti dağıdar, haqq axtaranları cəm edər”.

Həzrət (ə) buyurur: “Məhdinin (ə) dövlətinin bərqərar olduğu zamanda sular artacaqdır və çaylar daşacaqdır. Yerin bərəkəti çoxalacaqdır və xəzinələr çıxardılacaqdır”.

Həzrət Məhdinin (ə) getdiyi yol – salehlərin yoludur. İmam Əli (ə) bu haqda buyurur: “Allahım, sən bilirsn ki, o şey ki, bizim tərəfimizdən (Əhli-Beytin (ə)) həyata keçir, dünya sərvətini, hökumətini və qüdrətini əldə etmək üçün deyildir. Əslində istəyirik ki, Sənin haqq və dininin nişanələrini öz yerinə qaytaraq. Sənin diyarında islahatlar edək ki, zülm görmüş bəndələrin məhrumluqdan nicat tapsın, sülh içində yaşasın. Unudulmuş qanunların yenidən icra olunsun”.

İmam Əli (ə) zühur əsrindəki nemətlər barəsində buyurur: “Həzrət Məhdinin (ə.f) zühuru zamanı torpaq qəlbinin meyvələrini onun üçün bayıra tökəcəkdir və açarlarını da ona tapşıracaqdır”.

Bəli, Əmirəl-mömininin (ə) buyurduğu kimi, İmam Məhdinin (ə) yolu öz ata və babalarının, salehlərin yoludur. O, ədaləti yer üzündə bərqərar edəcək və zalımların cəzasını verəcəkdir. Allah Təala, Ağanın (ə.f) zühurunu tezləşdirsin və zühurun bərəkətlərini öz gözümüzlə görməyi bizə də nəsib etsin. Amin.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده