خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, November 08, 2017 Xəbər kodu : 31484

İmam Hüseyn (ə) tövbəkar cavanı Bəni-Üməyyə qazilərinin cəhalətindən necə xilas etdi
Bəzən Allah Öz seçilmiş bəndələri olan Məsumlara (ə) buyurur ki, günah edən öz davamçılarına özləri şəfaət versinlər

Bəzən Allah Öz seçilmiş bəndələri olan Məsumlara (ə) buyurur ki, günah edən öz davamçılarına özləri şəfaət versinlər

 

Bəzən insanlar o qədər günaha batırlar ki, Allah onların dualarını və münacatlarını qəbul etmir. Bu zaman Allah Öz seçilmiş bəndələri olan Məsumlara (ə) buyurur ki, öz davamçılarına özləri şəfaət versinlər. Əgər onlar şəfaətçi olarsa, o zaman Allah tövbələrini qəbul edər və çətinliklərini həll edər.

 

İmam Hüseynin (ə) dostları və sevənləri də daima o Həzrətin (ə) şəfaətinə ümid bəsləyir və hətta ondan bəhrələnirlər. İmam (ə) həyatda olan zaman bir çox insan o Həzrətin (ə) sayəsində çətinliklərindən nicat tapmışdı. Bu çətinliklərin çoxunu da Bəni-Üməyyə yaradırdı. Çünki onların dini savadları olmaya-olmaya, özlərini fəqih adlandırırdılar, insanlara əziyyət verir və haqq yolundan azdırırdılar. (Erfan)

Mötəbər tarix kitablarının birində oxuyuruq ki, həcc mərasimində cavanlardan biri təvaf halında idi. Anidən gözü gözəl bir xanıma düşür və dayanmadan o xanıma tərəf gedir, xanımın əlini tutur. Allah bu cavanın ehram halında etdiyi bu iffətsiz rəftarlarından qəzəblənir və əlini qadının əlinə yapışdırır. Belə ki, heç bir vasitə ilə onları bir-birindən ayırmaq olmur. Bu macəraya şahid olan Bəni-Üməyyə məmurları onların hər ikisini təvafdan çıxardırlar. Bəni-Üməyyə hakimlərinin yanına aparırlar. Bu hakimlər öz elmləri ilə insanlara qəzavət edir və onlara zülm edirdilər. Bu alimlər fitva verirlər ki, cavanın qolunu kəssinlər ki, qadının əlini ondan qurtara bilsinlər. Orada olanlardan biri dedi: “Həzrət İmam Hüseyn (ə) indi Məkkədədir. İcazə verin ondan da bu İlahi hökmü soruşaq”. Ona görə də İmamın (ə) yanına gəlib, bu müşkülü ona bəyan edirlər. Həzrət (ə) Məscidul-harama daxil olur və günahkar cavana nəzər salır. Həzrətin (ə) onu məzəmmət etmək niyyəti yox idi. Günahkar cavan İmamı (ə) görən kimi sevindi, çünki bilirdi ki, onun verdiyi ədalətli hökm Bəni-Üməyyə alimlərinin avam fitvasının əleyhinə olacaqdır. Cavan İmama (ə) elə baxırdı ki, gözləri ilə necə peşman olduğunu söyləmək istəyirdi. Ancaq Bəni-Üməyyə məmurlarına görə heç nə deyə bilmirdi.

 

Həzrət (ə) mübarək əllərini Kəbəyə tərəf qaldırır və dua oxumaqla məşğul olur. Bu zaman yapışan əllər azad olur. Məmurlar İmama (ə) deyirlər ki, bəs bu cavanı heç cəzalandırmayaq? İmam (ə) buyurur: “Xeyr, o, təvafın qalan əməllərini yerinə yetirə bilər”.

Bax beləcə, günahdan tövbə edən bu cavan İmam Hüseynin (ə) şəfaətilə xilas oldu.

 

İmam Sadiq (ə) buyurur: “Həzrət Seyyidi-şühəda (ə) ərşin sağ tərəfində Allaha buyurar: “Allahım! Mənə verdiyin o vədəni yerinə yetir”. Allahın verdiyi vədə - İmamın (ə) zəvvarlarının və ona göz yaşı tökənlərin behiştə daxil olması idi. Bu nurani hədisdən başa düşmək olur ki, İmam (ə) öz zəvvarlarını görür, onları tanıyır, və onların daxili hallarından xəbərdardır. Hətta Həzrət (ə) onların adını və atalarının adını belə bilir. Hədislərdə oxuyuruq ki, bəzən İmam Hüseyn (ə) başqa İmamlardan (ə) öz zəvvarları və ona ağlayanlar üçün dua etməsini istəyir.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده