خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, November 7, 2017 Xəbər kodu : 31475

Ərbəin ziyarəti; Əhli-beyt (ə) aşiqlərinin əzəmət simvolu
Şəbistan Xəbər Agentliyi: Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamenei Ərbəin ziyarəti üçün yola çıxanların daha da artmasını təqdir edərək, İmam Hüseynin (ə) ziyarəti üçün Kərbəlaya doğru Ərbəin yürüşünü Allahın lütf etdiyi böyük hadisə adlandırıb.

"Allaha şükürlər olsun ki, İrandan, İraqdan, dünyanın müxtəlif ölkələrindən milyonlar bu yolu gedirlər. Ərbəin ziyarəti - Əhli-beyt (ə) aşiqlərinin öz İmamlarına (ə) olan məhəbbətinin əzəmətli simvoludur" - Ali Dini Lider deyib.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Xamenei Tehranda tələbələrlə keçirdiyi görüşdə İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - Ərbəin ziyarətinə ildən-ilə böyük coşqu ilə qatılımı yüksək dəyərləndirib.

 

İslam İnqilabının Böyük Rəhbəri Hüseyn (ə) ərbəini yürüşünü Allah-taalanın Əhli-Beyt (ə) vurğunları və ardıcıllarına təqdim etdiyi çox önəmli hadisələrdən biri adlandırıb və bildiriblər: Allah-taalaya bu nemətə görə şükür etmək lazımdır.

 

“Həmd olsun Allah ki, İran, İraq və başqa yerlərdən milyonlarla nəfər bu yolda hərəkət edir”.

 

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Hüseyn (ə) ərbəini əzəmətli yürüşü Əhli-Beyt (ə) vurğunları və ardıcıllarının iştirakı üçün çox möhtəşəm və gözəl simvoldur.

 

Ayətullah Xamenei Ərbəin yürüşünü Allahın lütf etdiyi çox əlamətdar hadisə kimi dəyərləndirib.

 

1439-cu hicri qəməri ili 20 səfər (9 noyabr 2017) Həzrət İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının Kərbəlada şəhid edilmələrinin ərbəininin ildönümü günüdür. Dünyanın hər bir yerindən milyonlarla zəvvar bu gündə Hüseyn (ə) ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda Kərbəla şəhərinə daxil olurlar.

 

Ötən il 2 milyon iranlı zəvvar Hüseyn (ə) ərbəini mərasimində Kərbəlada olmuşdur. Builki Hüseyn (ə) ərbəini mərasimi üçün də çərşənbə axşamı gününə qədər 2 milyon 300 mindən çox zəvvar İrandan İraqa səfər etmişdir.

 

http://shabestan.ir/detail/News/668014

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده