خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, November 05, 2017 Xəbər kodu : 31445

Əziz İmama (ə) “bimar” ləqəbini vermək bəyənilməzdir
Ərəb dilindəki mənbələrə baxsaq, görərik ki, heç bir yerdəİmama belə bir ləqəb verilməmişdir. Çünki İmam Səccad (ə) ancaq Kərbəla hadisəsi zamanı xəstə olmuşdur və bu xəstəliyi də İlahi təqdirə görə olmuşdur. Həzrət (ə) məhz bu xəstəliyinə görə nicat tapa bilmişdi.

Ağrılı Kərbəla hadisəsindən sonra İmam Səccada (ə) çox sayda ləqəb verilmişdir ki, onlardan biri də “bimar İmam (ə)”, yəni “xəstə İmam (ə)” ləqəbi olmuşdur. Din alimlərinin nəzərinə görə İmama (ə) bu cür ləqəb vermək bəyənilməzdir və təhrif sayılır.

 

Ərəb dilindəki mənbələrə baxsaq, görərik ki, heç bir yerdə İmama (ə) belə bir ləqəb verilməmişdir. Çünki İmam Səccad (ə) ancaq Kərbəla hadisəsi zamanı xəstə olmuşdur və bu xəstəliyi də İlahi təqdirə görə olmuşdur. Həzrət (ə) məhz bu xəstəliyinə görə nicat tapa bilmişdi. (Tebyan)

 

Düşmən İmamı (ə) bir neçə dəfə öldürməyə cəhd etmişdi, lakin sonra İmamın (ə) halını görəndən sonra bu fikirlərindən daşınmışdılar. Çünki eləbilirdilər ki, İmam (ə) bu xəstəlikdən özü öləcəkdir.

 

İmam Səccad (ə) bu ağrılı hadisədən sonra 40 il ömür sürür və qalan illərində heç xəstə olmur. Ona görə də ona belə bir ləqəbin verilməsixüsusən yersizdir.

 

Bu ləqəb birbaşa dinin təhrifi deməkdir və bu təhrif sayəsində dini gözdən salıb, insanları azdırmağa çalışırlar. Bir növ düşmənin arxadan vurduğu xəncərdir.

 

Təhrif dinimizdə çox pislənir. Misal üçün, Allah Təala buyurur: “Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir və dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə və dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik və (batində deyirlər) itaətsizlik etdik və eşit ki, eşitməyəsən». (Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdən məqsədləri budur ki, kar olasan, yaxud yaxşı söz eşitməyəsən). Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik və itaət etdik və eşit və bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı və düzgün olardı. Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş və (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər (və ya onlar həqiqətlərin yalnız az bir qisminə iman gətirərlər)”. (“Nisa” 46).

Odur ki, əziz İmama (ə) Allahın bəyəndiyi adlarla müraciət edək.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده