خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, November 04, 2017 Xəbər kodu : 31424

Məqsədinə çatan aşiq
Həbəşə zadəganlarından olan bir qadın eşitmişdi ki, Allah Təalanın Məkkədə evi vardır.

Həbəşə zadəganlarından olan bir qadın eşitmişdi ki, Allah Təalanın Məkkədə evi vardır. O, belə güman edirdi ki, yəqin ki, bu ev xoş havası və suyu olan bir yerdə yerləşir. Böyük bir saraydır ki, əzəmətlidir və gül-çiçəkli bağın ortasında qərar tutur. Qapıları bağa açılır və üzəri cəvahirlə bəzənmiş taxtı vardır. Allah Təala da o taxta əyləşir və insanlar da ətrafında toplaşırlar.

 

Ona görə də bu evi ziyarət etməyi özünə vacib bilir. Özü ilə Allah üçün və onun saray əhli üçün bahalı hədiyyələr götürür və hacılar ilə birlikdəMəkkəyə yollanır.

O zaman ki, Kəbə evinə gəlib çatır, onu təsəvvür etdiyi kimi görmür.

 

Ona görə də insanlara müraciət edərək deyir: “Ey insanlar! Ev sahibi haradadır?”.

İnsanlar deyir: “Ey qadın! Bu nə sözdür ki, deyirsən? Allah məkandan ehtiyacsızdır”. (Həvzəh)

 

Qadın bu sözlərdən ah çəkir və başını torpağa qoyub, deyir: “Allahım, bu uzun yolu Səni görmək eşqi ilə gəlmişəm və Sənə qovuşmaq ümidi iləgecə yatmamışam. Gündüzləri aramlıq tapmamışam.

İzzət və Cəlalına and verirəm ki, Sənə çatmasam, başımı Sənin astanandan qaldırmayacağam.

Əgər hacılar Kəbə evini ziyarət etmək üçün gəlibdirsə, mən Səni ziyarət etmək üçün gəlmişəm. Mən ev sahibini axtarıram”.

 

Bu zaman hacılar Kəbə evinə tərəf tələsirdilər və qadın onların ayaqları altında qalır və əziyyət çəkir. Onunla birlikdə gələnlər yanına gəlib halını soruşmaq istəyəndə, görürlər ki, artıq ruhunu təslim etmişdir.

 

Din alimlərindən biri cənazəsində namaz qılır və gecə yuxuda görür ki, həmin qadın deyir: “Mən məqsədimə çatmışam”.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده