خبرگزاری شبستان

چهارشنبه ۵ اردیبهشت ۱۳۹۷

الأربعاء ١٠ شعبان ١٤٣٩

Wednesday, April 25, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, October 31, 2017 Xəbər kodu : 31388

Əhli-Beytə (ə) niyə təvəssül edirik?
Əgər insan Əhli-Beyti (ə) tanımadan və onlara təvəssül etmədən dua edərsə, bu duasının qəbul olması çox şübhəlidir

Əgər insan Əhli-Beyti (ə) tanımadan və onlara təvəssül etmədən dua edərsə, bu duasının qəbul olması çox şübhəlidir.

Çünki Allah Təala Əhli-Beyti (ə) Özünə yaxınlaşmaq üçün vasitə qərar vermişdir və əgər insan bu vasitə olmadan Allaha yaxınlaşmaq istəyərsə, arzusu naqis qalar.

 

Bəs Əhli-Beytə (ə) təvəssül etməyimizin səbəbi nədir?

1. Allah hər bir dua edənin duasını qəbul edər, ancaq Allah hər bir şey üçün yol və qayda qərar vermişdir. Əgər insan o yoldan istifadə etməzsə, duasının yerinə yetməsi çətin olar. Misal üçün, Allah susuzluğu yatızdırmağın yolunu su içməkdə qərar vermişdir. İnsan əgər su içmək yerinə Allaha dua edərsə, istəyinə çata bilməz. (Tebyan)

 

2. Əlbəttə, insan bu həqiqəti də yaddan çıxartmamalıdır ki, Əhli-Beyt (ə) Allahın lütf və inayəti sayəsində hidayətçi olublar. Əsil hidayət edən – Allahdır. Əgər insan Əhli-Beytin (ə) lütfünü Allahdan ayrıca hesab edərsə və tək onlardan imdad diləyərsə - şirk etmiş olar.

 

3. Allah Əhli-Beyti (ə) qürbünə yaxınlaşmaq vasitəsi qərar vermişdir. “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. (“Maidə” 35). Ona görə də əgər insan Əhli-Beytə (ə) diqqət etmədən dua edərsə, bu hacəti yerinə yetməz.

 

4. Allah xəstəliklərdən şəfa yolunu dərmandan istifadə etməkdə qərar vermişdir. Əgər insan dərman qəbul etmədən ancaq dua edərsə, bu xəstəliyinin şəfa tapması çətin olar.

 

5. Ona görə də Quranın nəzərinə görə ən düzgün yol – dərmandan istifadə edərək, Allaha dua etməkdədir. Yəni, Əhli-Beyti (ə) vasitə qərar verərək, dua etməkdədir. İnsana əsil şəfa verən və susuzluğu aradan aparan – Allahdır. «Məni yedirdən də, içirdən də Odur». «Xəstələndikdə mənə şəfa verən də Odur». (“Şüəra” 79-80).

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده