خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, October 28, 2017 Xəbər kodu : 31343

İraq bərpa işləri üçün dünya ictimaiyyətindən kömək istədi
Şəbistan Xəbər Agentliyi: İraqın xarici işlər naziri İŞİD-in terrorçu əməliyyatlara cəhd göstərməsi barədə xəbərdarlıq edərək deyib: İraqda bəzi bölgələrdə İŞİD-in nəzarətə alınması nəticəsində baş verənlər digər ölkələrdən də uzaq deyil.

İbrahim Cəfəri: Heç bir ölkə terrorizm təhlükəsindən uzaq deyil

Şəbistan Xəbər Agentliyi “Youm -7 ”ə istinadən xəbər verir ki, İraqın xarici işlər naziri İbrahim Cəfərinin ofisi bir bəyanat yayaraq bildirib ki, dünya terrorizm kimi ən təhlükəli problemlə üz-üzədir amma iraqlılar müxtəlif ölkələrdən İraqa toplaşan İŞİD terrorçuları ilə qarşılaşmaq və onlara qalib gəlməkdə qərarlıdır.

 

Cəfəri bəyanatda bildirib: İraqın silahlı qüvvələri ordu, polis, Həşdüşşəbi, peşmərgələr və tayfalar daxil tam vəhdət içində olmuşdur, bunun kənarında terrorizmin məğlubiyyətində rol oynayan siyasi mövqelərdə eyni istiqamətdə oldu və beləliklə İŞİD-in nəzarətində olan bölgələr azad edildi.

 

İrazın XİN rəhbəri bildirib ki, dünya bu təhlükədən qafil olaraq özünü üçüncü dünya müharibəsi ilə üz-üzə gördü və bu təhlükə istisnasız olaraq bütün ölkələri təhdid edir. Cəfəri bildirib: Qardaşlarımızdan və beynəlxalq ictimaiyyətdən İŞİD-in dağıtdığı şəhərlərin bərpasında kənarımızda durmalarını və bizə dəstək olmalarını istəyirik.

 

http://shabestan.ir/detail/News/665540

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده