خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, October 26, 2017 Xəbər kodu : 31324
Tehran vilayətinin İslam Təbliğat Koordinasiya Şurasının sədri
İslam İnqılabı düşmənlərin qarşısında göstərilən müqavimətin bəhrəsi
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı hazırkı əsri haqq ilə batilin qarşı qarşıya durduğu bir əsr kimi tanıtdıraraq dedi: İslam İnqılabı camaaatın düşmənlərin qarşısında göstərdikləri müqavimətin bəhrəsidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Tehran vilayətinin İslam Təbliğat Koordinasiya Şurasının sədri və elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Seyyid MöhsinMahmudi Qolpayqani bu gün Səfər ayının günləri münasibəti ilə bu şəhərin böyük müsəllasında keçirilən mərasimdə dedi: Biz başqalarının gördükləri yaxşı işə razı olmalıyıq. Həmçinin özümüzdə o yaxşı iıi görmək üçün səy göstərməliyik.

O, əlavə etdi ki, Möminlər Əmiri Əli (ə) Cəməl müharibəsi qələbə ilə bitdikdən sonra dostlarından birinin "ey kaş qardaşım da bu müharibədə iştirak edib görəydi ki, Mütəal Allah sizi düşmənlərinizə qarşı qalib etdi" sözünün cavabında buyurdu: "O da bu müharibədə bizimlə olmuşdur".

O, Aşura ziyarətinin bir hissəsini xatırlatdı ki, biz orada deyirik: "Ya Əba Əbdillah! Biz qiyamətə qədər sizinlə sülh edənlərlə sülh edəcək, döyüşənlərlə isə döyüşəcəyik". Bu duada belə deyirik ki, Ya Əba Əbdillah! Biz Kərbəlada yox idik ki, sizə və övladlarınıza kömək edək. Amma həmişə bütün fikrimiz və zikrimiz budur ki, ey kaş o gün biz sizə kömək edə bilərdik.

O savab və mənəvi bəhrələri Allahın insana etdiyi bir lütf kimi tanıtdıraraq dedi: Vilayətçi və Əhli-beytsevər bir nəsil tərbiyə etməyin valideyn üçün çox savabı vardır. Hədislərə əsasən, biz nəslimizin Əhli-beyt (ə) sevgisinə sahib olmaları və doğru yoldan çıxmamaları üçün dua etməliyik.

O, hazırkı əsri haqq ilə batilin qarşı qarşıya durduğu bir əsr kimi tanıtdıraraq dedi: İslam İnqılabı haqq ilə batilin qarşı qarşıya durmasının səmərəsi idi ki,  millətin düşmənlərin qarşısında göstərdikləri müqavimətlə əldə olundu.http://shabestan.ir/detail/News/664993

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده