خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, October 19, 2017 Xəbər kodu : 31242
General - polkovnik Məhəmməd Baqiri Suriya prezidenti Bəşar Əsdlə görüşündə:
İİR-nın Suriya dövlət və xalqına dəstəyi davam edəcəkdir
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general - polkovnik Məhəmməd Baqiri bu gün Dəməşqdə Suriya prezidenti Bəşar Əsəd ilə görüşündə Suriya ordusu və silahlı qüvvələrinin son qələbələri münasibəti ilə onu təbrik edib.

 

General Baqiri Suriya ərazilərinin tezliklə terrorizm fenomenindən tamamiylə təmizlənəcəyinə ümidvar olduğunu deyib.

 

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin İran İslam Respublikasının Suriya xalqı və dövlətinə dəstəyinin davam edəcəyini vurğulayıb.

 

Görüşdə Suriya prezidenti Bəşar Əsəd də İran islam inqilabının böyük rəhbərinin , İran İslam Respublikası dövləti və xalqının terrorizm ilə mübarizədə Suriyaya hərtərəfli himayələrini yüksək qiymətləndirib.

 

 İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi çərşənbə axşamı hərbi bir heyətin müşayiəti ilə Suriya paytaxtı Dəməşqə səfər edib. General Baqiri bu səfərdə Suriyanın müdafiə naziri Fəhəd Casim Əl-Fəric, Suriya Ordusu Baş Qərargah rəisi Əli Əyyub ilə görüşüb danışıqlar aparıb.

 

İran və Suriya arasında müdafiə və hərbi əməkdaşlıqlrın gücləndirilməsi, terrorizm ilə mübarizə sahəsində əməkdaşlıqların davam etdirilməsi və regionda təhlükəsizlik və sabitlik yollarının araşdırılması İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Suriyaya səfərinin məqsədlərini təşkil edir.

 

http://shabestan.ir/detail/News/663537

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده