خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 18, 2017 Xəbər kodu : 31224

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir
Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

“Kürdüstan referendumu keçmişdə qaldı”

 

Şəbistan xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər İbadi deyib.

 

“Referendumun başlıca olaraq kürd rəsmilərinə zərər verəcəyini bildirmişdim. Referendum artıq bitdi. İraq bayrağı bütün iraqlılarındır. İraqın hər yerində asılmalıdır. Ölkədə vətəndaş müharibəsi olmayacaq. Federal idarəçilik bütün ölkə ərazisində təmin olunacaq”, - İraq rəsmisi bildirib.

 

H.İbadi heç vaxt vətəndaş müharibəsinə yol verməyəcəyini deyərək, İraq Kürdüstanı başçılarını ölkə konstitusiyası əsasında danışıqlara dəvət edib.

 

İraqın baş naziri iraqlı qüvvələrin ölkənin qərbindəki hərbi əməliyyatları barədə də deyib: Tezliklə İraqın bütün ərazilərinin İŞİD-in işğalından azad edilməsinin və Suriya ilə bütün sərhəd məntəqələrə nəzarətin təmin edilməsinin şahidi olacağıq.

 

İraqdan gələn başqa bir xəbərdə isə deyilir ki, İraq Kürdüstanı Parlamentinin sədri çərşənbə axşamı bu məntəqənin yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefa verməsini istəyib.

 

Yusif Məhəmməd deyib: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

 

İraqın kürd partiyaları və tanınmış kürd simaları ötən günlərdə dəfələrlə Məsud Barzanini separatçı referendumun keçirilməsinə görə tənqid ediblər. İraq Kürdüstanında ümumi fikir də bu referendumun keçirilməsindən qaynaqlanacaq problemlərdən nigarandır.

 

İraq Kürdüstanında separatçı referendum beynəlxalq müxalifətlərə və İraq hökumətinin etirazlarına baxmayaraq, İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin israrı ilə 25 sentyabrda keçirildi. Barzaninin bu hərəkəti İraq Konstitusiyasının aşkar formada pozulması idi. BMT, region ölkələri, Avropa ölkələri və hətta, Amerika Məsud Barzaninin bu hərəkətini tənqid edərək, İraqın ərazi bütövlüyü və milli birliyinin qorunmasına təkid etdilər.

 

http://shabestan.ir/detail/News/663245

http://shabestan.ir/detail/News/663216

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده