İngilis casusu Mister Hemfin Əbdulvəhhabla tanışlığı və onu azdırması.
Vaxti ilə ingilislərin müstəmləkələrə çevirdiyi ölkələrə nəzarət etmək üçün 1710-cu ildə xüsusi bir nazirlik Müstəmləkələrə nəzarət nazirliyi (MNN) quruldu. Müstəmləkələrə nəzarət nazirliyi 10 nəfər casus təyin etdi ki, bunlardan biri də Mister Hemf idi. Bunlarin ilk tapşırığı iki maddədən ibarət olur;
1.Əlimizə keçmiş əraziləri əlimizdə saxlamaq. 2.Əlimizə keçməmiş əraziləri ələ keçirmək. Bunları Hindistan, Çin, Fransa, Rusiya kimi böyük dövlətlərə və əsasən müsəlman ölkələrinə başda Türkiyə, Misir, İraq, Nəcəf və İrana göndərirlər. Mister Hemf ilk olaraq Türkiyəyə-İstanbula gedir.İstanbulda Əhməd əfəndi aında bir alimlə tanış olur.Mister Hemf Əhməd əfəndiyə deyir: “Mənim valideynlərim ölüb, özümədə heç bir şey miras qalmayıb. İstəyirəm həm dini öyrənim, həm də işləyib pul qazanım. Əhməd əfəndi deyir: “Sənə üç səbəbdən ötrü hörmət lazımdır: 1. Sən müsəlmansan. Unutma ki bütün müsəlmanlar qardaşdılar. 2. Sən qonaqsan. Peyğəmbər (s) buyurur: “Qonağa hörmət edin.” 3. Sən işləmək istəyirsən. Çalışıb işləmək də savabdır.”
Mister Hemf iki il ərzində İslamı (Hənəfi fiqhini) və Quranı öyrənir. Cümə günləri isə bir dülgərin yanında işləyir. Həmçinin Əhməd əfəndi ona ərəbcə və türkcə dil dərsləri də keçir. Mister Hemf tez bir müddətdə Əhməd əfəndinin hörmətini qazanır. Əhməd əfəndi qızını ona vermək istəsə də o bundan imtina edir. İstanbulda öz işini bitirən Mister Hemf yeni tapşırıq almaq üçün Londuna gedir. Altı ay Londunda qalır və əmisi qızı Mariya ilə evlənir. Bu vaxt onun 22 yaşı olur.
MNN-yi Mister Hemfə iki maddədən ibarət yeni bir tapşırıq verir. 1.Müsəlmanların zəif nöqtələrini öyrənib qarşı durma yaratmaq üçün onları qruplara bölmək. 2.Bunları etdikdən sonra ümumi proqramı tədricən həyata keçirtmək. Tapşırığı alan Mister Hemf Bəsrə şəhərinə gəlir. Bu şəhərdə həm şiə həm də sünni olur. O, şiələrin də fiqhini öyrənir. Mister Hemf deyir ki; “Mən bir dəfə MNN-de dedim ki, əgər müsəlmanlar öz aralarındakı ixtilafı başa düşsəydilər, sünni şiə söhbətini aradan qaldıra bilsələr onlar birləşərdilər.” Mənə dedilər: “Sənin vəzifən bu ixtilafı qızışdırmaqdır onları birləşdirmək yox.”
Mister Hemf bir müddət Bəsrədə baqqal dükanında qalır və fars dilini öyrənir. Mister Hemf deyir: “Bir gün bir cavan oğlan iştirak etdiyim məclisə gəldi. O, ərəb fars və türk dilini bilirdi. O, son dərəcə çılğın, yüksək səslə danışan və əsəbi bir adam idi. Həmişə Osmanlı hökümətini pisləyərdi. Bu cavanın adı Muhəmməd ibn Əbdul-vəhhab idi. O, zahirən özünü sünni kimi qələmə verirdi. Amma o əhli sünnənin dörd məzhəbdən olmasını qəbul etmirdi və deyirdi ki; “Quranda məzhəblər haqda heç bir dəlil yoxdur. O, peyğəmbərin (s) hədislərinə heç bir əhəmiyyət vermirdi. Əbdul-vəhhab özünə güvənən və lovğa biri idi. Əbdul-vəhhab deyirdi: “Peyğəmbər buyurub: “Mən sizin aranızda Quranı və sünnəni əmanət qoyuram.” Peyğəmbər dəməyib ki; Mən Quranı, sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm.”
Mister Hemf deyir: “Mən axtardığımı tapmışdım. Əbdul-vəhhabın alimlərə hörmətsizliyi, heç bir məzhəbə inanmağı, Quran və sünnəni öz fikirlərinə uyğun təfsir etməsi onun zəif cəhətləri idi. Onu yoldan azdırmaq çox rahat idi.” Əbdul-vəhhab Əbu Hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm” deyirdi. Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tərifləyərdim. Bir dəfə ona dedim."Sən Ömər və Əlidən daha böyüksən. Əgər peyğəmbər həyatda olsaydı səni öz canişini təyin edərdi. Mən İslamın sənin əlinlə genişlənib yüksələcəyini görürəm. İslamı bütün dünyaya ancaq sən yayacaqsan"
Mister Hemf deyir: Əbdul-vəhhabla qərara gəldik ki, Qurana yeni bir təfsir yazaq. Elə bir təfsir ki, bütün təfsirlərə müxalif olsun. Bu işdə məqsədim onu tamam yoldan azdırmaq idi. Əbdul-vəhhab da mənim etimadımı qazanmaq üçün dediklərimi qəbul edirdi. Bir gün ona dedim ki şərab haram deyil. O, mənə nə qədər Quran ayəsi və hədis gətirsə də mən hamısını inkar edib deyirdim. Yezid və onun kimi bəzi xəlifələr şərab içmişlər. Özünü onlarla müqayisə et. Gör onlar düz yoldadadılar yoxsa sən. Onlar Quran və sünnəni səndən daha yaxşı bilirdilər. Şərab Quranda haram yox, məkruhdur. Əbdul-vəhhab bu sözlərdən sonra içki içir.
Mister Hemf bu barədə MNN (Müstəmləkələrə Nəzarət Nazirliyinə) xəbər verir. MNN- yi deyir: “Biz İspanyanı (Əndəlusu) da içki və zina ilə ələ aldıq.” Sözünə davam edən Mister Hemf deyir: Ona dedim: “Allah Quranda buyurur:"Rəbbinizi zikr etməklə səcdə edənlərdən ol." Bu ayədən belə nəticə çıxır ki namaz əvəzinə Allahı zikr etmək də olar. Əbdul-vəhhab: “Düz deyirsən! Bəzi mötəbər şəxslər olub ki namaz əvəzinə Allahı zikr ediblər” dedi: Mister Hemf: Onun bu sözünə çox sevindim. Çünki, onda namaz haqda bu cür fikir yarada bilmişdim. Sonralar gördüm ki o namaza əhəmiyyət vermir, bəzən qılır bəzən qılmırdı. Əsasən sübh namazını qılmırdı. Mən iman libasını yavaş-yavaş onun əynindən çıxartdım. Mister Hemf bir müddət Əbdul-vəhhabla bu cür təbliğat aparır və hər ay öz fəaliyyəti bağlı MNN-nə məlumat göndərir. Mister Hemf deyir: Bir gün ona yuxu gördüyümü söylədim. Dedim ki, dünən gecə peyğəmbəri (s) yuxuda gördüm. O bir kürsüdə əyləşmişdi. Sən içəri daxil olanda üzündən nur saçılırdı. Peyğəmbər (s) sənin alnından öpdü və dedi: Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən. Sən dedin: “Ya Rəsulullah! Mən öz elmimi insanlara açmağa qorxuram. Peyğəmbər (s) buyurdu: Sən dahisən heç nədən qorxma.” Əbdul-vəhhab bu yuxuya o qədər inanr ki hətta Mister Hemfden bir neçə dəfə soruşur ki "Sən həqiqətən belə bir yuxu görmüsən ya yox? Bir sözlə Əbdul-vəhhab Mister Hemfin əlində oyuncaq olmuşdu. Elə ki, Əbdul-vəhhab Mister Hemfin yuxusunu eşidir. Bu yuxudan sonra o məzhəb qurmaq fikrinə düşür. Amma ilk öncə əhalinin ona qarşı çıxacağından qorxur və buna cəsarət etmir. Bundan xəbər tutan MNN-yi Əbdul-vəhhaba lazım olan qədər pul hətta təhlükəsizliyini qorumaq üçün əsgər də göndərir.Bundan ürəklənən və cəsarətə gələn Əbdul-vəhhab hicri qəməri 1143, miladi 1730-cu ildə öz çirkin fəaliyyətini yaymaq üçün tərəfdar yığmağa başlayır.Daha sonra Məhəmməd ibn Səud da ona qoşulur.Dini işlərə Əbdul-vəhhab, siyasi işlərə Məhəmməd ibn Səud rəhbərlik edir və beləliklə Dəriyyə şəhərində Vəhhabi firqəsi yarandı. Əbdul-vəhhab Mister Hemfin iki planını həyata keçirdə bilmir. 1.Kəbəni dağıtmaq. 2.Quranın təhrif olunmuş variantını çap edib yaymaq.
Hərbi əməliyyatlar.
Əbdul-vəhhab özünə dəstə düzəldərək İslama zidd fikirlərini yaymağa başlayır. Alimlər onların açıq-aşkar İslamla mübarizəsini gördükdə onları 1745-ci ildə həbs etdilər. Vəhhabilər 1785, 1797-1798-ci ildə Məkkə Mədinəyə hücum edib oranı işğal etmək istədilər. Nəhayət 1800-cu ildə vəhhabilər şəhəri hər tərəfdən mühasirəyə alıb, şəhərin giriş və çıxışını bağlayırlar. Mühasirədə olan Məkkə əhalisi şiddətli aclıq çəkir. Hətta iş o yerə çatır ki camaat it və pişik əti yeməli olur. Aclıq və çətinliyə dözə bilməyən əhali vəhhabilərlə müqavilə bağlayır. Bundan sonra vəhhabilər şəhərə daxil olub yeddi il orda hakimlik etdilər.Bu illər ərzində Kəbəyə qarşı hörmətsizlik olundu və insanlar yeddi il həcc ziyarətinə gedə bilmədilər. Həmçinin Mədinəyə hücum edərək İslam peyğəmbərinin (s) məzarı yerləşən müqəddəs otağı dağıdıb içində olan qiymətli əşyaları və xəzinəni qarət etdilər.Bütün bunlar o zaman baş verirdi ki Osmanlı dövlətinin daxilində parçalanma gedir, sultanlar tez-tez deyişir, başqa dövlətlərlə müharibə aparırdı. Eləki Osmanlı dövlətinin başı müharibədən açıldı və gördü ki vəhhabilər Məkkə, Mədinə,Yəmən, Şam, Misir və Hicazı talan edib xaraba qoyurlar. 1806-cı ildə Sultan 2-ci Mahmud vəhhabilərin üzərinə Tosun paşanın komandanlığı ilə ordu göndərsə də döyüş məğlubiyyətlə başa çatır.Bu məğlubiyyətdən sonra Osmanlı dövləti 1807-ci ildə Məhəmməd Əli Paşanın başçılığı altında hazırlıqlı və mütəşəkkil bir ordu göndərir.Bu ordu vasitəsi ilə vəhhabiləri o torpaqlardan çıxarırlar. Vəhhabilər əvvəlki mərkəzlərinə Dəriyyə şəhərinə qaçırlar. Vəhhabilər görəndə ki insanlar azad şəkildə onları qəbul etmir başladılar məcburi şəkildə onları vəhhabiləşdirməyə.Hər kim vəhhabiləri qəbul etmirdi onları ayaqyalın şəkildə səhraya aparır və öldürməklə hədələyirdilər.Hətta onları qəbul etməyən lakin Quran oxuyub öyrətməklə məşğul olan insanlarında başlarını kəsirdilər.İş o yerə çatır ki vəhhabilər məscidə girib rüku və səcdədə olanları qətlə yetirirdilər.Məsciddə olan Quran və hədis kitablarını küçəyə ataraq onu ayaqlayıb keçirdilər. (Bu hadisələr hicri qəməri 1217-ci ildə baş verib).Vəhhabilərin bu işlərini görən İslam dünyasının görkəmli alimləri vəhhabiləri kafir adlandırırlar. Bu batil və azğın firqə yaranan gündən,dininə məhəbbət bəsləyən hər bir alim o,firqənin batil olması haqda kitablar yazıblar. Nümunə üçün bir neçəsini qeyd edirəm;
1.Əbdul-vəhhabın qardaşı Şeyx Süleyman yazdığı "Əssəvaiqul- ilahiyyə fi rəddi ələl vəhhabiyyə.
2. Ən-nuquluş-şəriyyə fi rəddi ələl vəhhabiyə-Şeyx Həsən ibn Ömər Şətta Hənbəli Dəməşqi.
3.İzhaqul batil fi rəddi ələl vəhhabiyyə- Məhəmməd ibn Davud Həmədani.
4.Əd-dururus səniyyə fi rəddi ələl vəhhabiyyə-Şeyxul-islam və Məkkənin böyük müftisi Əhməd Zeyni Dehlan.
5.Ər rəddu ələl vəhhabiyyə- Məhəmməd Cavad Bəlaği.
6.Əl intimar lil-əvliyail əbrar-Taifli Şeyx Tahir Hənəfi.
7.Vəhhabilərə cavab-Şeyx Mehdi ibn Məhəmmədəli İsfəhani.
8.Əssəvaiqu vər ruud-Əfifuddin Abdullah ibn Davud Hənbəli.
9.Vəhhabilər-Əli Əsğər Fəqihi.
10.Əbdul vəhhabın ustadı Məhəmməd ibn Süleyman da onun əleyhinə bir məqalə yazıb. O məqalə Şeyx Süleymanın kitabına əlavə olunub. Həmçinin digər müəllimi Abdullah ibn Əbdul Lətif Şafai "Təcridu Seyfil cihad, limuddətik ictihad"adlı kitabında onu tənqid edir.
Bu məlumatları, bu kitablardan da əldə edə bilərsiniz.
1.İngilis casusunun etirafları və ingilislərin İslamla düşmənçiliyi. (ingilis dilindən tərcümə edən M.Siddiq Gümüş-türkcə 1999)
2.İslam həqiqətlərini öyrənək, vəhhabi toruna düşməyək. (Düşmənin İslamı nece yıxaq adlı planı) – Türkcədən çevirən Muhəmməd İntixabov -2009
3.Vəhhabilik nədir və vəhhabilər kimdir? (kitabça -2004, Şəki)
Mahir Şəkərov – İlahiyyatçı yazar.