خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 18, 2017 Xəbər kodu : 31221

Hacı Mirhəmid Məmmədov: “Əsl məzhəbçiliyi yayan onlardır”
Bu il Azərbaycanda Aşura tədbirləri çox izdihamlı keçdi. Bəlkə də elə bu səbəbdən müxtəlif şəxslər tapıldı ki, xalqımızın çoxəsirlik inancına dil uzatdı, həqarət etdi.

Bu il Azərbaycanda Aşura tədbirləri çox izdihamlı keçdi. Bəlkə də elə bu səbəbdən müxtəlif şəxslər tapıldı ki, xalqımızın çoxəsirlik inancına dil uzatdı, həqarət etdi. Quranda Allah buyurur ki, sözlərin hamısını dinləyib ən yaxşısına əməl edək. Biz də anti-Aşura çıxışlarını dinlədik. Yaxşı, onların əsası varmı? Bu söz sahiblərinin ardınca gedə bilərikmi? Nədir bizim üçün Aşura, Məhərrəmlik? Suallarımızı “İmam Rza” məscidinin imamı Hacı Mirhəmid Məmmədova ünvanladıq.

- Tariximizə nəzər salsaq görərik ki, bu xalqın ən böyük bir bayramı və bir matəm günü var. Dövlət formaları, iqtisadi-siyasi formasiyalar, ideoloji dəyərlər dəyişsə də, bu iki gün xalqımızın ənənələrində yaşayıb günümüzə çatıb. Aydındır ki, bayram - Novruzdur. Bu bayrama qarşı zaman-zaman müxtəlif hərəkatlar olsa da, xalqımız həmişə onu qeyd edib. Hətta ciddi qadağalar dönəmində hər kəs bu bayramı öz evində keçirib. Hamı tərəfindən qəbul edilən və könüllü keçirilən ikinci analoji bayramımız yoxdur.

Xalqımızın ümumi matəm günü isə Aşuradır. Novruz barədə qeyd etdiyim kimi, Aşuraya qarşı da müxtəlif zamanlarda ciddi qadağalar olub. Amma xalqımız heç bir maneəyə məhəl qoymayaraq bu günü yaşadıb və bu gün də xalqımız Aşuranı yaşadır. Artıq Novruz və Məhərrəmlik milli kimliyimizin tərkib hissəsinə çevrilib. Bu iki amil azərbaycanlı olmağımızın göstəricisidir. Hətta namaz qılmayan, dindən uzaq olan insanlarımız da bu matəmə böyük hörmətlə yanaşır. Xaricə köçüb tamam başqa mədəni və ideoloji mühitdə yaşayan həmvətənlərimizə fikir verin. Amerikada da yaşasa Növruzunu qeyd edir, Məhərrəmikdə toydan, şadyanalıqdan çəkinir. Bunu insanlara aldadaraq, zorla təlqin etmək olmazdı. Bu insanlarımızın içindən gələn bir hissdir. Və hesab edirəm ki, bu iki mühüm tarixi günümüzü aradan aparmaq cəhdləri, bizi bir millət kimi aradan aparmağa, başqa ideologiyaların yamağına çevirməyə yönəlmiş cəhdlərdir.

- Amma məsələ burasındadır ki, Aşuraya dil uzadanlar da bu xalqın içindən çıxıblar...

- Ola bilsin ki, bu gün Aşuraya dil uzadanları kimsə bu addımı atmağa məcbur edir, şirnikləndirir, nələrsə vəd edir. Və ya şou biznesdə olduğu kimi gündəmdə olmaq istəyi var. Ancaq bilsinlər: Aşura əqidəmizin “qırmızı xəttidir”. İmam Hüseynlə (ə) bağlı istənilən məsələdə, - rozə məclisimi olsun, ziyarətmi olsun –heç vaxt güzəştə gedilməyib və gedilməyəcək də. Bəlkə də elə o “şou-biznes” əhval-ruhiyyəli həmvətənlərimiz də bunu bildikləri üçün qəsdən qıcıq yaradıb, söyülmək xatirinə də olsa gündəmdə qalmaq istəyirlər.

- Ümumiyyətlə 14 əsirlik bir tarixi olan xalq ənənəsinə qarşı çıxmaq nə dərəcədə məntiqlidir?

- Söz və etiqad azadlığı prizmasından, ümumiyyətlə, insanlıq dəyərlərindən məsələyə nəzər salsaq, özünə hörmət edən şəxs xalqın iradəsinə qarşı çıxmamalıdır, xalqın dini adətlərinə həqarət etməməli və təhqir etməməlidir. Hətta bu gün ölkəmizdə qeyri-müsəlman belə hansısa ənənəsinə uyğun bir tədbir keçirirsə, bizim nəinki onu təhqir etməyə, ümumiyyətlə ona nəsə deməyə haqqımız çatmır. O ki qalsın xalqın böyük əksəriyyətinin qəbul etdiyi Aşura və ya Ərbəin!

Dünya artıq tamam başqa istiqamətdə inkişaf edir. Bu gün inəyin müqəddəsliyinə inananın belə əqidəsini təhqir edə bilməzsən, bir çox ölkədə səni məhkəmələrdə çürüdərlər.

- Tarix bizi sonuncu Aşuradan uzaqlaşdırdıqca sanki anti-Aşura çıxışları da səngiyir. Əvəzində Ərbəinə yaxınlaşırıq və görürürk ki, indi də bu ənənəyə qarşı Səlib yürüşü başlanıb. “Bidətdir”, “əsası yoxdur” və s.

- Ərbəinin əsası var ya yoxdur – bu mənim, yəni bu əqidəyə inanan fərdin öz işidir! Kimsə nəyinsə əsasını axtarmaq istəyirsə, gedib öz etiqadında axtarsın. Mənim inancım mənim üçün əsasdır! Bir də ki, onlara kim ixtiyar verir ki, kiminsə etiqadında əsas arayırlar? Kimdir onlar? Özlərini nə hesab edirlər? İbtidai dini təhsili olmayan insanların başqalarının etiqadında əsas axtarmaları nə qədər də gülüncdür!

- Əlbəttə, bu, belədir... Amma əsasa gəlincə...

- Mənim üçün bu məsələ isbatlanıb. Mənim imamımdan hədis var ki, Ərbəində ziyarətə gedin, savab qazanın. Mən də gedirəm! Bu, mənim üçün əsasdır. Kimin nə haqqı var mənə desin ki, səhv edirsən və ya mənə irad bildirsin? Bunu nə din, nə siyasət, nə ölkəmizin qanunu, nə demokratiya qəbul edir. Bilirsiniz söhbətin məğzi nədir? Onları narahat edən başqa məsələdir: bu gün planetdə ən böyük izdiham məhz Ərbəində müşahidə olunur! Başqa heç bir hadisə və tədbir eyni zamanda, eyni məkanda bu qədər insanı bir araya gətirmir. Budur Aşuraya, Ərbəinə dil uzadanların əsas narahatlığı.

- Amma Məhərrəmlik mərasimlərini konkret qonşu ölkənin təsiri olduğu, məzhəbçilik yaydığı iddia olunur.

- Aydın məsələdir ki, bu, bəhanədir. Əksinə, əsil məzhəbçilik yayan onlardır. Novruzu qeyd edirik, guya millətçilik edir, deyir məcusi farsların bayramın qeyd edirsiz. Amma Orta Asiyadan tutmuş, Kiçik Asiyaya qədər milyonlarla əhalisi olan türk xalqlarının da bu bayramı qeyd etdiyini, bu bayramın türk xalqlarının tarixində qədimlərdən mövcud olduğunu gizlətməyə çalışırlar. Məhərrimlik qeyd edirik, guya bunu İranın uydurduğunu və məzhəbçilik yaydığını iddia edir, amma “unudurlar” və ya unutdurmağa çalışırlar ki, İranın özünə bu ənənəni qızılbaş türk xalqları gətirib, İranın özündə fars millətçiləri məhərrəmliyə qarşı çıxırlar. Son günlər Ərbəinlə bağlı söz-söhbət bu məsələni daha bariz göstərdi. Yaxşı, tutaq ki İranla probleminiz var, bəs Ərbəinə gedən zəvvarlarımıza İraq hökumətinin köməyini eşidəndə niyə əsəbinizdən, qıcığınızdan partladız? Ağlınıza gələn iftiranı atmağa başladız? Onlar ki, sevdiyiniz ərəblərdir. Demək söhbət nə millət, nə də başqa məsələdi. Səbəb məhz bunların özünün məzhəbçiliyi, başqa əqidələrə dözümsüzlüyü, nifrətidir. Və bu nifrətlərini müxtəlif bəhanələrlə püskürürlər. Əsl məzhəbçiliyi yayan onlardır.

Mən çox təqdirəlayiq bir hal kimi qeyd edim ki, bütün bu mubahisə və söhbətlərin getdiyi vaxtda, Azərbaycan dövlətinin demək olar bütün müvafiq strukturları düzgün mövqe nümayiş etdirdilər, o hay-küyçülərə yerlərin göstərdilər və cavabların verdilər.

- Və sonda...

- Sonda isə bu etiqadın daşıyıcılarına, Aşuranı, Ərbəini, imam Hüseyni (ə), Əhli-beyti sevənlərə demək istərdim ki, belə danışıqlara çox əhəmiyyət verməsinlər. Milyonlarla azərbaycanlı Aşura günü, Məhərrəmlikdə yas saxlayır, göz yaşı tökür. Odur ki, 2-3 nəfərin dəyərsiz sözlərindən narahat olmasınlar, onları ciddiyə almasınlar.

İslam.az

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده