خبرگزاری شبستان

یکشنبه ۱ بهمن ۱۳۹۶

الأحد ٥ جمادى الأولى ١٤٣٩

Sunday, January 21, 2018

Servis xəbərlərinin titri

Beynəlxalq “İmam Məhəmməd Qəzali” konfransı

Şəbistan Xəbər Agentliyi: İmam Məhəmməd Qəzali hicrətin beşinci əsrində yaşamış, bütün ömrünü dini elmlər və və şəriət fənlərinin təlim və tədrisinə həsr etmişdir.

Servis Əsas səhifə Zaman :   Tuesday, October 17, 2017 Xəbər kodu : 31220
Aşura ziyarəti İmam Hüseynlə (ə) mənəvi birliyin nümayişi (4-cü hissə)
Aşura ziyarətindəki lənətlər kin-küdurət üzündən deyil
Şəbistan xəbər agentliyi: Ya İmam Hüseyn (ə)! Mən sizin xəttinizdən ayrı xəttə nifrət bəsləməklə bəndəliyimi möhkəm edirəm. Bu nifrət vasitəsi ilə sizə tərəf gəlirəm. Çünki, cəhətsiz nifrətlər insanı sıxır və yorur.

Şəbistan xəbər agentliyi-Quran və maarif bölümü: Allah sizi öldürənlərə lənət etsin. Sizin ölümünüzə şərait yaradan və bu işi qəbul edənlərə Allah lənət etsin. Kərbəla hadisəsinin müxtəlif sahələrinə diqqət etməklə öz ruhumuzu necə yönəltdiyimizə baxmalıyıq. Bu zaman Əməvilər cərəyanı diqqətimizi çəkir ki, Əhli-beytlə mübarizə şəraitini hazırladılar. Onlar nifaqla İslam libasına bürünərək, İslam mücəssiməsi Əmirəl-möminin Əli (ə) ilə müxalifət etdilər. Siz bu hissədə nifaqın müxtəlif surətləri ilə rastlaşırsınız ki, birbaşa və qeyri müstəqim şəkildə Əhli-beytlə mübarizə etmək şəraitini hazırladılar. Bu duada onlara lənət deyirsiniz ki, qəlbiniz öz nifrət cəhətini kamil bəsirətlə qoruyub saxlasın. Amma bu nifrətdə qalmamalıdır. Həqiqətdə, bu qəlbin cəhətini Allaha tərəf yönəltməlidir. Buna görə də duanın sonrakı hissəsində deyirsiniz: Zülm cəbhəsinə olan nifrətim o qədərdir ki, onların hamısından, tabeçilərindən və sizin ölümünüzdə əli olan bütün dostlarından Allaha və siz Əhli-beytə bizarlığımı bildirirəm. Duanın bu hissəsində elan edirsən ki, bütün mövqeyin Allaha yaxınlaşmaq niyyəti ilə nifaq düşüncəsinin qarşısında olacaq. Dini nifrət mədəniyyəti bizə öyrədir ki, nifrətin və bizarlığın cəhətli olmalıdır. Yəni, ya İmam Hüseyn (ə)! Mən sizin xəttinizdən ayrı xəttə nifrət bəsləməklə bəndəliyimi möhkəm edirəm. Bu nifrət vasitəsi ilə sizə tərəf gəlirəm. Çünki, cəhətsiz nifrətlər insanı sıxır və yorur.http://shabestan.ir/detail/News/660382

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده