خبرگزاری شبستان

جمعه ۳۱ فروردین ۱۳۹۷

الجمعة ٥ شعبان ١٤٣٩

Friday, April 20, 2018

Servis xəbərlərinin titri

Xobrəqan məclisinin üzvü

Bütün varlıq aləmi İmam Hüseynin (ə) səxavətindən bəhrələnir

Şəbistan xəbər agentliyi: Xobrəqan məclisinin üzvü dedi: İmam Hüseyn (ə) çox səxavətlidir. Heç bir şəxs o Həzrətin qapısından əli boş geri qayıtmır. Bütün varlıq aləmi İmam Hüseynin (ə) səxavətindən bəhrələnir.

Servis Əsas səhifə Zaman :   Tuesday, October 17, 2017 Xəbər kodu : 31217

İran karikaturaçılarının Trampa cavabları
Şəbistan Xəbər Agentliyi: İranlı karikaturaçılar Trampın Fars körfəzini saxta adla adlandırmasına öz sənət əsərləri ilə reaksiya veriblər.

Karikatura çox sadə bir sənət dili olaraq təsvir sənətində ən sürətli reaksiya potensialına malikdir.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Trampın Fars körfəzinin rəsmi və tarixi adını başqa saxta adla əvəz etməsi bu sənətkarların birləşməsinə səbəb olub. İranlı karikaturaçılar buna öz əsərləri ilə cavab veriblər və  Fars körfəzi  mövzusunda təşkil olunan sərgidə ölkə boyu karikaturaçılardan 55 əsər təqdim olunub.

 

Trampın bu səhvi iranlı sənətkarların fərqli siyasi baxışlarından asılı olmayaraq Tramp idealarına nifrət fəaliyyətlərində birləşmələri ilə nəticələnib.

 

İncə sənət mərkəzinin müdiri seyid Məsud Şücai Təbatəbayi: Bu sərgi Trampın əsassız iddiasına sənət cavabıdır, demək olar ki, o prezident rolundan daha çox dəllal rolunu ifa edir və bu əsərlərdə görürük ki, Trampın diqqəti daha çox ərəb ölkələrinədir və o artıq aliş-veriş təfəkkürü ilə hər şeyə baxır. Virtual fəzada yerləşdirdiyimiz bir neçə əsər minlərlə dəfə tvit olub və bu əsərləri tam şəkildə yayarsaq əminəm ki, daha geniş miqyasda baxılacaq. Biz mesajımızı sərhəddən kənara çatdırmaq üçün bütün mövcud beynəlxalq potensiallardan faydalanırıq.

 

Qeyd edək ki, Tehran bələdiyyəsinin gözəlləşdirmə təşkilatının əməkdaşlığı ilə bu sərgidəki əsərlər Tehran şəhərinin reklam yerlərində də nümayiş etdiriləcək.

 

http://shabestan.ir/detail/News/662961

 

http://shabestan.ir/detail/News/662413

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده