خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, October 17, 2017 Xəbər kodu : 31214

Ali Rəhbər Miyanma müsəlmanlarına maliyyə yardımı etdi
Şəbistan Xəbər Agentliyi: Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Myanmada zorakılığa məruz qalan Arakan müsəlmanlarına maliyyə yardımı edib.

İranın Qırmızı Aypara Cəmiyyətində vəliyyi fəqihin nümayəndəsi və bu cəmiyyətin sədrinin islam inqilabının böyük rəhbərinə Myanmada baş verən faciəli hadisələr nəticəsində Ruhinca müsəlmanlarının düçar olduqları acınacaqlı vəziyyət barədə ünvanladığı məktubun ardınca Həzrət Ayətullahül-üzma Xamenei Myanmanın məzlum və pənahsız müsəlmanlarına yardım üçün 10 milyard riyal ayırıblar.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Həzrəti Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin informasiya portalının verdiyi məlumata görə, Vəliyyi fəqihin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsinin islam inqilabının böyük rəhbərinə məktubunda Myanmada baş verən insani faciə və yüz minlərlə müsəlmanın didərgin düşməsinə toxunulub və QAC-nin didərginlərə yardımları barədə hesabat təqdim olunub.

 

Yayılmış statistikalara görə, Myanma ordusunun Raxin vilayətində ruhinca müsəlmanlarına hücumları nəticəsində avqustun 25-dən indiyədək 6 mindən çox müsəlman öldürülüb, 8 min yaralanıb və 500 mindən çox müsəlman Banqladeşə qaçıb.

 

Xatırladaq ki, xəbər Azərbaycanın islamyönlü saytlarında da işıqlandırılıb:

 

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Myanmada zorakılığa məruz qalan Arakan müsəlmanlarına maliyyə yardımı edib.

 

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Myanmada baş verən zorakılıq ucbatından evlərini tərk etməyə məcbur olan rohinyalı müsəlmanlar üçün 10 milyard rial (İran pul vahidi) məbləğində maliyyə yardımı edib.

 

İranın Qırmızı Aypara Təşkilatının sədri və ali dini rəhbərin bu qurumdakı nümayəndəsi Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei yazdıqları məktubda Myanmada baş verən hadisələrə vurğu edərək, rohinyalı müsəlmanların üzləşdikləri çətinliklərə dair ətraflı məlumatlar veriblər.

 

http://shabestan.ir/detail/News/663193

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده