خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Tuesday, October 17, 2017 Xəbər kodu : 31210

Mərdlik məktəbindən diksinənlər
Bəzi ictimai-siyasi xadimlər, jurnalistlər fikir söylədikləri sosial fenomenin mahiyyətini, fəlsəfəsini dərk etmədən və buna heç cəhd də göstərmədən, öz fərdi xoflarını, stereotiplərini və komplekslərini cəmiyyətə təlqin etməyə çalışırlar

 

Son günlərdə mətbuat səhifələrində, kütləvi informasiya vasitələrində, internet məkanında və sosial şəbəkələrdə heç də sağlam olmayan bir əhvali-ruhiyyə müşahidə etməkdəyik. Bu əhvali-ruhiyyəni yaratmağa çalışanlar müasirlik, modernlik, maarifpərvərlik və sairə bu kimi təqdirəlayiq anlamlara “söykənərək”, əslində xalqımızın milli-mənəvi dəyərlərini aşındırmaq istəyirlər.

 

Bəzi ictimai-siyasi xadimlər, jurnalistlər fikir söylədikləri sosial fenomenin mahiyyətini, fəlsəfəsini dərk etmədən və buna heç cəhd də göstərmədən, öz fərdi xoflarını, stereotiplərini və komplekslərini cəmiyyətə təlqin etməyə çalışırlar.

 

Söhbət bu günlərdə xalqımızın böyük əzəmət və şövqlə keçirdiyi Aşura mərasimlərindən gedir. Bu mərasimlərin bütün ölkəmizdə nizamlı şəkildə cəmiyyətimizin vahid birliyi və tam həmrəyliyi ab-havasında keçməsi çox gözəl və təqdirəlayiq bir haldır. Bu birlik və vahidlik kökü – xalqımızın çoxəsirlik tarixinə söykənən, hazırda isə dövlətimizin nəhəng səyləri hesabına cəmiyyətimizdə qorunub saxlanan mənəvi, mədəni və dini irsimizə diqqət və qayğının bəhrəsidir. Cəmiyyətin nail olduğu bu müvəffəqiyyət yəqin kimlərisə narahat edir.

 

Aşura mərasimlərinə qarşı söylənilən fikirlər öz əsassızlığı və yanlışlığı ilə insanı məyus edir, faktların qarışdırılması yolu ilə bu fikirlərin daşıyıcıları əslində insanları səhv istiqamətə meyilləndirməyə çalışırlar. Gah Aşura mərasimindəki gənclərin və uşaqların gələcəkdə cəmiyyətə qarşı mənfi mövqe sərgiləyəcəkləri söylənilir, gah da ölkədə gizli “qüvvə” yarandığı barədə cəfəng ideyalar ortaya atılır və s.

 

Bu fikirləri söyləyənlər guya bilmirlər ki, Aşura mədəniyyətini yaşadanlar, habelə ənənəvi dini təriqətlərin digər davamçıları əslində dünyanın bir çox qaynar nöqtələrində terroçuların hədəfləri və qurbanlarıdır, guya bilmirlər ki, Aşura mədəniyyətini yaşadanlar, habelə ənənəvi dini təriqətlərin digər davamçıları terrora qarşı mübarizə aparırlar? Yəqin ki, bilərlər, bəs onda niyə bilərəkdən bu yanlış fikirlərlə cəmiyyətə səhv mesajlar göndərirlər?

 

Tarix boyu çətinliklərlə qarşılaşan xalqımız nizamlı və gözəl surətdə matəm və hüznlü günlərini keçirmək mədəniyyətini formalaşdırmışdır. 20 Yanvar faciəsinin, Xocalı faciəsinin ildönümündə olduğu kimi, eynilə Aşura günündə də xalqımız Kərbəla şəhidləri ilə yanaşı, əqidəsindən və milliyyətindən asılı olmayaraq vətənimizin bütün şəhidlərini yad edir.

 

Deyərdim ki, ölkəmizdə keçirilən Aşura mərasimləri cəmiyyətdə vəhdətin və birliyin ən bariz nümunələrindən biridir. Bu cür mərasimlərdən xoflanan ünsürlər həmin gün şəhərimizin küçələrində adi adamların öz evlərinin qarşısında, məhəllələrində, iş yerlərinin önündə verdiyi ehsan süfrələrinin ətrafında müsəlmanlarla yanaşı, xristian və yəhudi vətəndaşlarımızın da toplandığını niyə görmür? Bu ehsan mədəniyyətinin və onun yaratdığı həqiqi birliyin xarici qonaqlarda yaratdığı qeri-adi müsbət təəssüratı niyə dilə gətirmir?

 

Aşura məktəbi insanları haqq-ədalət yolunda zülmə, haqsızlığa qarşı mübariz olmağa səsləyən bir məktəbdir. Bəzi dırnaqarası “siyasətçilər” və “ziyalılar” Kərbəla faciəsinə dair hakimiyyət davası, qəbilə münaqişəsi kimi cəfəng fikirlər söyləyir və bununla da öz ruhi kasadlığını, mənəvi iflasını və cılızlığını hər il olduğu kimi, bu il də cəmiyyətə sərgiləmişlər.

 

Bu cür insanlar mətbuat səhifələri və kütləvi informasiya vasitələri ilə xalqa müraciət etməzdən əvvəl xalqımızın çoxəsirlik zəngin tarixi boyu yetisdirdiyi dühaların – Məhəmməd Fizulinin, Seyyid Əzim Şirvaninin, Abbasqulu Ağa Bakıxanovun, Qasım Bəy Zakirin, Xurşidbanu xanım Natəvanın, Mirzə Ələkbər Sabirin, Məhəmmədəmin Rəsulzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin – bu siyahını davam etdirmək olar – Aşura məktəbi və Kərbəla faciəsi haqqında fikirləri ilə tanış olub, onlardan bəhrələnsəydilər daha yaxşı olardı.

 

Məhz buna görədir ki, bu cür mütəfəkkirləri və bu cür qaynaqlara dayanan milli-mənəvi dəyərləri və Aşura məktəbi olan xalqımız günümüzdə Mübariz İbrahimov, Fərid Əhmədov, Raquf Orucov və saydıqca adları bitməyən bəşəriyyətə örnək olan qəhrəmanlar yetişdirir.

 

Xalqımızın milli-mənəvi dayaqlarına ruhən müxalif olan bəzi siyasətbazlar və dırnaqarası ziyalılar, fitnəkar jurnalistllər üçün isə görünür ki, müqəddəs bir şey qalmamışdır – bu gün Aşuranı mövhumat və qədim tarix adlandıranlar, üç-beş il sonra 20 Yanvar faciəsini də, Xocalı faciəsini də, milli qəhrəmanlarımızın anım günlərini də tarix adlandırıb, xatirələrdən silməyə çalışacaqlar.

 

Xalqımızın Aşura mərasimləri keçirməsindən qorxan düşünçə qaraguruhçuları çağdaş dünyanın qəhrəmanlıq zirvəsini fəth etmiş şəhid Mübarizin ruhundan utansınlar. Şəhidimiz özünün son məktubunda Allaha xatir düşmənlə mübarizəyə qalxdığını, bu addımını seyyid nəvəsi olaraq özünə borc bildiyini qeyd etmişdir. Aşura əleyhdarlarının xatirinə salaq ki, Azərbaycanda mübarək Həzrət Peyğəmbərin (s) nəslindən olan İmamların (ə) övladlarına seyyid deyilir. Başqa sözlə desək, mənfur düşmənimizi lərzəyə gətirmiş, qəhrəmanlığı ilə əfsanəyə çevrilmiş, onminlərlə azəri gəncinin örnəyi olmuş, bütün türk dünyasının baş ucalığına çevrilmiş şəhid Mübariz bu şücaətini İmam Hüseyn (ə) məktəbindən və Kərbəla qəhrəmanlarından əxz etdiyini bildirmişdir. Və bununla gələcək nəsillərə bir daha ölməz bir mesaj buraxmışdır: Aşura və Kərbəla məktəbi – qəhrəmanlıq məktəbidir!

 

Sanki Mübariz hiss etmişdi ki, çox deyil, cəmi bir necə il keçəndən sonra arxası bizə məlum olmayan naməlum qüvvələr, sapı özümüzdən olan baltalarla xalqımızın ölməz qəhrəmanlıq məktəbi olan Aşura məktəbi ilə tellərini qırmağa çalışacaq. Şəhid Mübariz öz silahı ilə yanaşı, qələmi və bu sözləri ilə də qara qüvvələrin qarşısında keçilməz sədd çəkdi.

 

Xalqımızın gələcəyindən “nigaran” qalan bu dırnaqarası “tərəqqipərvərlər” və “maarifçilər” çox yaxşı bilirlər ki, xalqın ədəbi-mədəni irsinin mənbəyini təşkil edən xalq folkloru hər bir xalqın kimliyini, ruhunu və mahiyyətini açıqlayir. Bu kimlik və mahiyyət kimlərinsə istəyi, arzusu və direktivi ilə formalaşmamışdır. Bu kimlik və mahiyyət xalqımızın əsrlər boyu, günbəgün özünün xeyir və şər süzgəcindən keçirib ərsəyə gətirdiyi dəyərlərdən formalaşmışdır. Bu folklora və ədəbi irsə boylanan hər kəs orada lənətlik Yezid və Şümür (Simr) kimi Kərbəla canilərinin xalqın gözündə şər simvoluna çevrildiyini, alçaqlığın və rəzilliyin nümunəsi olduğunu, bu adların hətta söyüş kimi istifadə edildiyini asanlıqla görərlər. Vətənimizin hər bir bölgəsində, ən ucqar məkanlarında belə, təriqətindən asılı olmayaraq insanlar öz övladlarına Kərbəla şəhidlərinin adlarını əsrlər boyudur ki, sevə-sevə qoyur və bu müqəddəs adları yaşadır. Heç kəs, hətta dini kimliyini düşünməyən insanlar belə, heç vaxt öz övladına Yezid və Şümür kimi nakəs insanların adını qoymamışdır. Budur meyar, budur tərəzi!

 

Bəs bunu görə-görə bu qondarma maarifçılər nə əsasla və nə cürətlə xalqın mədəni və dini irsinə kölgə salmağa, Aşura mərasimlərinin mahiyyətini təhrif etməyə çalışırlar? Bilmirlərmi ki, xeyrin yanında durmayan kəs, şərin yanında yer alar və tarixə, nəsillərin yaddaşına bu əməli ilə həkk olar?

 

Son yüzildə bu cür bulanıq və napak niyyətli, gözəllik düşməni olan müasir Sümürlər əfsuslar ki, az olmamışdır və onlar pak cəmiyyəti öz napak əməlləri ilə bulaşdırmağa çalışmışlar. Belələri məhz repressiya dövründə öz xəyanətkar səyləri nəticəsində vətənimizin qəhrəman oğullarını uzaq Sibirə göndərməyə nail olmuşlar. Ancaq cəmiyyətin təbii immuniteti sayəsində bu cür Sümürvari kəslər tarixin kanalizasiyasına axıb getmişlər.

 

Qoy onların günümüzdə yaşayan davamçıları düşünməsinlər ki, xalqımız bu məkrli və çirkin niyyətləri görmür və hiss etmir. Xalq hər şeyi görür və dərk edir. Xalqı üçün bir damla qanından keçməmiş, bir fədakarlıq göstərməmiş, yalnız xalqın adını öz şəxsi ambisiyaları üçün istismar edən bu kəslər bilsinlər ki, həqiqətən xalqın gözü tərəzidir – xalqımız təriqətindən asılı olmayaraq, həmişə Aşura qəhrəmanlarının düşməni olan, insaniyyət düşməni olan Sümürvarilərə lənət, Kərbəla faciəsinin qurbanlarına və onların müqəddəs xatırələrini yaşadanlara isə rəhmət oxuyur.

 

Zümrüd İbrahimli,

“Dəyərlər”in oxucusu

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده