خبرگزاری شبستان

پنج شنبه ۲۸ تیر ۱۳۹۷

الخميس ٧ ذو القعدة ١٤٣٩

Thursday, July 19, 2018

Servis xəbərlərinin titri

Günəşin insana verdiyi müsbət və mənfi təsirlər

Şəbistan xəbər agentliyi: Günəş nurunun şüaları insanın bədəninə bir çox təsirlər qoyur ki, həm həm xeyirli həm də zərərli ola bilər.

Servis Əsas səhifə Zaman :   Monday, October 16, 2017 Xəbər kodu : 31208
Əmir Lələvvəl Şəbistan xəbər agentliyi ilə söhbətdə
Müsabiqədən sonra yeniyetmə və cavan Qarilər yetişdirəcəm
Şəbistan xəbər agentliyi: Rusuyada keçirilən beynəlxalq Quran müsabiqəsinin birincisi qeyd etdi ki, Quran müsabiqəsi insana Quran əxlaqını öyrənmək üçün zəmin hazırlayır. Bu müsabiqədən sonra başqa cavanların belə müsabiqələrdə iştirak edə bilmələri üçün daha müsabiqəyə qatılmayacam.

Rusuyada keçirilən beynəlxalq Quran müsabiqəsinin birincisi Əmir Lələvvəl Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə söhbətində Rusuyada keçirilən beynəlxalq Quran müsabiqəsinə necə qatıldığına işarə edərək dedi: Zibakənar şəhərində keçirilən milli Quran müsabiqəsində birinci olduqdan sonra Ovqaf idarəsinin qariləri dəyərləndirmək qrupuna daxil oldum.

O, qeyd etdi ki, bu dövrə mənim Rusuyada keçirilən beynəlxalq Quran müsabiqəsinə qatılmağımın yolunu açdı. O, xatırlatdı ki, gecə-gündüz çox çalışdıqdan sonra Rusuyada keçirilən 18-ci beynəlxalq Quran müsabiqəsində qiraət bölümündə Zümər surəsinin neçə ayəsini oxuyaraq birinciliyi əldə edə bildim.

O, müsabiqəni dəyərləndirərək dedi: Nəzarətçi ustadım Fatiminin fikrinə əsasən, Müsabiqənin səthi çox yuxarı idi. Başqa ölkələrdən təcrübəli və keçmiş müsabiqələrdə ali dərəcələr əldə etmiş qarilərin iştirakı müsabiqənin səthinin yuxarı getməsinə səbəb olmuşdu.

O, dedi ki, 10 ölkə var ki, Quran tilavətində bütün müsabiqələrdə iddialıdırlar. Buna görə də o ölkələrin nümayəndələrinin bu müsabiqədə iştirakı rəqabətin artmasına və hakimlər kollegiyasının daha da diqqətlə dəyərləndirmələrinə səbəb oldu.

O təkid etdi ki, bu müsabiqədən sonra başqa cavanların belə müsabiqələrdə iştirak edə bilmələri üçün daha müsabiqəyə qatılmayacam. Çünki, biz belə müsabiqələrdə iştirak etdiyimiz müddətdə bir çox cavanlar belə müsabiqələrdə iştirak etmə şansına sahib ola bilmirlər. Bir halda ki, onların çoxu bu müsabiqələrdə iştirak etməyə layiqdirlər. Mən bundan sonra yeni qarilər yetişdirməyə çalışacam.http://shabestan.ir/detail/News/662693

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده