خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, October 16, 2017 Xəbər kodu : 31204
Əllamə Məhəmməd Təqi Cəfərinin nəzərində (2-ci hissə)
"İhdinəs-siratəl-müstəqim" şəhvət və nəfs tikanlığından keçməyin sirridir
Şəbistan xəbər agentliyi: "İhdinəs-siratəl-müstəqim" maddə və ruh arasındakı qarşıdurma yeri olan şəhvət tikanlığından və kainatın daşlıqlarından keçməkdir.

 Şəbistan xəbər agentliyi-Quran və maarif bölümü: "İhdinəs-siratəl-müstəqim" maddə və ruh arasındakı qarşıdurma yeri olan şəhvət tikanlığından və kainatın daşlıqlarından keçməkdir. Bir tərəfdən şeytanın aldatmalarından nicat tapmaq, digər tərəfdən də heyvani hisslərimizin və nəfsani istəklərimizin çəngindən xilas olmaq daimi olaraq ilahi lütf və inayətlərə sığınmaqdan başqa yolla mümkün deyil.

İlahi mütəfəkkirlər tərəfindən namaz barədə həqiqətə yaxın vəsflər edilmişdir. Hər nə qədər nəfsani istəklərindən xilas olmuş insanların dilindən həqiqətlərin vəsfini eşitsək, o həqiqətləri dərk etmək bizim üçün asanlaşacaq.

Namazın vəsfində deməliyik ki, sonsuz dərəcə də kiçik bir varlıqla sonsuz dərəcə də böyük bir varlığın arasında qurulan əlaqədir.

Namazın fəlsəfəsi onun özündə yatmışdır. Müxtəsər olaraq belədir: Namaz müqəddəs "Əllahu əkbər" cümləsi ilə başlanır. Nmaz qılan şəxs bu cümləni deməklə dünya ilə olan bütün maddi bağlılıqlarından, hətta qeyri ilahi düşüncə və xəyallarından uzaqlaşır. Həmçinin ilahi dərgaha daxil olur. Allahı təsəvvürlərin üzərində və bütün vəsflərdən daha böyük nəzərdə tutur.

müqəddəs "Əllahu əkbər" cümləsi hər bir namazın əvvəlində vacibi surətdə əda olunur. Həmçinin hər 4 rükətli namazda 24 dəfə, 2 rükətli namazda 14 dəfə, 3 rükətli namazda 19 dəfə müstəhəbbi olaraq təkrar olunur. Beləliklə, bütün gündəlik namazlarda 105 dəfə deyilir.http://shabestan.ir/detail/News/659446

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده