خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, October 15, 2017 Xəbər kodu : 31198
İmam Həsən Müctəba elmi hövzəsinin müdiri
İslamda valideyn övladın həqiqi tərbiyəçiləri sayılır
Şəbistan xəbər agentliyi: İmam Həsən Müctəba elmi hövzəsinin müdiri dedi: İslam dini əsas tərbiyəni ata və ananın öhdəsinə qoymuşdur.

İmam Həsən Müctəba elmi hövzəsinin müdiri Tahirə Lətifi Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalisti ilə söhbətində övladların tərbiyəsində valideynlərin və müəllimlərin qarşılıqlı təsiri barədə dedi: Təəssüflər olsun ki, bu gün ailələr məlumatsızlıq ya çarəsizlik ucbatından öz övladlarının tərbiyəsini baxçaların və məktəblərin öhdəsinə qoymuşlar. Bir halda ki, İslam dini deyir: Əsas tərbiyə ata və ananın öhdəsindədir.

O, əlavə etdi ki, baxmayaraq ki, məktəbin verdiyi tərbiyə uşağın şəxsiyyətinin formalaşmasında təsirlidir, amma tərbiyənin əsas kökləri və insanın şəxsiyyətinin əsas hissəsi ailədəki birinci yeddi ildə formalaşır. Mühit o cümlədən müəllimlər və sinif yoldaşları təsir qoyurlar. Amma fikri infrastruktur valideynin vasitəsi ilə müəyyənləşir. Məktəbdə təlim və tərbiyə vardır. Amma həqiqi tərbiyə ailədə valideynin vasitəsi ilə həyata keçir.

O, spzünün davamında belə dedi: Ata və ananın nəzarəti daimidir. Amma bu davamlılıq və nəzarət bu gün azalmışdır. Əlbəttə valideyn tərbiyənin məktəbdə təkmilləşdiyini ya da məşğuliyyətlərinin çoxluğu səbəbindən bu mühüm vəzifəni kamil surətdə yerinə gətirmirlər. Bu səhlənkarlıq uşaqların ailədən xaricə cəzb olmaları və bunun da onların gələcəyinə təsir qoyması ilə nəticələnir.

O təkid etdi ki, bizimhədəfimiz Məhdəvi və məada inanan nəslin tərbiyə olunmasıdır. Valideynlər və müəllimlər Məhdəvi nəslin tərbiyə olunmasında çox rol oynayırlar.     http://shabestan.ir/detail/News/662018

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده