خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Sunday, October 15, 2017 Xəbər kodu : 31194
Höccətül-islam vəl-müslimin Qəraəti
Quran ayələri ilə İmam Zamanın (əc) varlığını sübut etmək olar
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Qəraəti dedi: Quranın ayələrinə əsasən, Peyğəmbərin (s) vəfatından sonra İslam ümməti üçün O Həzrəti əvəz edən və canişin olmalıdır. O canişində Məsum İmamlar (ə) və onlardan sonra axirəz-zamanda İmam Zamandır (əc).

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Quran təfsirçisi Höccətül-islam vəl-müslimin Möhsin Qəraəti Rey şəhərində Əbul-Həsən imamzadəsində keçirilən "Aşiqlik ətri" proqramında İmam Zamanın (əc) varlığına aid olan dəlillərə işarə edərək dedi: Quranın ayələrinə əsasən, bütün camaat qiyamət günü öz İmamları ilə birlikdə gələcəklər. Deməli camaat bütün dövrlərdə imam ya rəhbərə sahib olmalıdırlar.

Höccətül-islam vəl-müslimin Qəraəti "öz zamanının İmamını tanımayan hər bir şəxs cahiliyyət dövründə ölən şəxs kimidir" hədisinə işarə edərək dedi: bu hədisə əsasən, bütün tarix boyunca hər bir ümmət üçün bir İmam olmalıdır.

Quran təfsirçisi "Quran və Peyğəmbəriniz olduğu halda necə kafir olursunuz" digər bir Quran ayəsinə istinad edərək dedi: Quranın bu ayəsinə əsasən, Peyğəmbərin (s) vəfatından sonra İslam ümməti üçün O Həzrəti əvəz edən və canişin olmalıdır. O canişində Məsum İmamlar (ə) və onlardan sonra axirəz-zamanda İmam Zaman (əc)-dir.

O, İmam Zamanın (əc) varlığına ehtiyacın ictimai amilləri barədə dedi: Bu gün maddi məktəblərin bəşərin səadətini təmin edə bilmədiklərinin şahidiyik. Hər bir cəmiyyətin ümidvar olmaq üçün ilahi bir imam və rəhbərə ehtiyacı vardır.

O, intizarın növləri barədə dedi: İntizar iki müsbət və mənfi qismə bölünür. Müsbət intizarda insanlar zühur üçün münasib şəkildə hazırlıq görürlər. Amma mənfi intizarda təsəvvür edirlər ki, bütün işlər ancaq İmam Zamanın (əc) öhdəsindədir.http://shabestan.ir/detail/News/662009

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده