خبرگزاری شبستان

یکشنبه ۱ بهمن ۱۳۹۶

الأحد ٥ جمادى الأولى ١٤٣٩

Sunday, January 21, 2018

Servis xəbərlərinin titri

Beynəlxalq “İmam Məhəmməd Qəzali” konfransı

Şəbistan Xəbər Agentliyi: İmam Məhəmməd Qəzali hicrətin beşinci əsrində yaşamış, bütün ömrünü dini elmlər və və şəriət fənlərinin təlim və tədrisinə həsr etmişdir.

Servis Əsas səhifə Zaman :   Sunday, October 15, 2017 Xəbər kodu : 31193
Höccətül-islam vəl-müslimin Ənsariyan
Quranın haqqı tilavət olunması, barəsində fikirləşib və ona əməl etməkdir
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Ənsariyan dedi: Quranın haqqı tilavət olunması, barəsində fikirləşib və ona əməl etməkdir. Quran qəlbdə inanc, yaxşı əxlaq və saleh əməllə insanda təzahür etməlidir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Quran ustadı və təfsirçisi Höccətül-islam vəl-müslimin Hüseyn Ənsariyan Mehr ayının 20-si Cümə axşamı Rey şəhərində Əbul-Həsən imamzadəsində keçirilən İmam Hüseynin (ə) əzadarlıq mərasimində dedi: Həqiqi möminlər Quranın tilavətinin haqqını verirlər. Onların qəlbi ilə Quranın arasında heç bir maniə yoxdur.

O, qeyd etdi ki, Quran tamamilə nur, kamillik və həqiqətdir. Həmçinin dedi ki, Quranın bütün ayələri insanın ağlı ilə uyğun gəlir. Əgər bəziləri onu qəbul etmirlərsə, bu onların ağlının üstünə küfrün pərdə çəkməyinə xatirdir. Məna aləmində Quran insanın ağlına oxunduğu zaman onu dərk edəcək.

Höccətül-islam vəl-müslimin Ənsariyan təkid etdi ki, Həmd surəsində biz bütün sitayişi Allaha məxsus bilirik ki, Onun bütün işləri gözəldir. Varlıq aləmini tədbir edən və onun sahibidir. Sağlam ağıl bu məsələni qəbul etmişdir. Amma təkəbbür kimi bir maniə ilə birlikdə olan ağıl onu qəbul etmir.

O, əlavə etdi ki, Müşriklər təkəbbür etdikləri üçün Quranı inkar etdilər. Haqq qarşısında təkəbbür etmək insanı cəhənnəmlik edir. Firon bilə bilə ki, Həzrət Musa(ə) haqqı deyir, təkəbür etdiyi üçün onun qaşısında dayandı.

O, qeyd etdi ki, Firon bu təkəbbürün nəticəsində camaatın malını qarət etdi və onun aqibətindən qorxmadı.

O sonda dedi ki, Quranın haqqı tilavət olunması, barəsində fikirləşib və ona əməl etməkdir. Quran qəlbdə inanc, yaxşı əxlaq və saleh əməllə insanda təzahür etməlidir. 

http://shabestan.ir/detail/News/661927

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده