خبرگزاری شبستان

دوشنبه ۳۰ مهر ۱۳۹۷

الاثنين ١٢ صفر ١٤٤٠

Monday, October 22, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, October 15, 2017 Xəbər kodu : 31190
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin ekspertinin Şəbistanla müsahibəsi:
Günah müntəzirin qəlb gözünü kor edir
Şəbistan xəbər agentliyi: Göz nemətindən bəhrələnməyən və kor olan insanların qəlbi işıqlıdır. Onların qəlbi daha çox İmamın (ə) sorağına gedir. Bizim zahiri gözümüz dünyaya bağlandığı üçün İmamı (ə) görə bilmir. Günahdan uzaqlaşmaq qəlbin gözünü açır. İmamı hər yerdə görür.

İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Həsən Mahmudi 15-oktyabr korlar günü münasibəti ilə Şəbistana verdiyi müsahibədə məsum imamı tanımağın vacibliyi haqda dedi: İmam Hüseyndən (ə) soruşdular ki, Allah bizi niyə görə yaradıb. İmam buyurdu: " Allah bizi ona mərifət tapmağımız və bəndəlik məqamına çatmaq üçün yaradıb." Sonra İmamdan (ə) soruşdular  Allahın mərifətinin meyarı nədir? İmam cavab verdi: " Allaha mərifətin meyarı hər zamanda dövrün imamına əsasən olur." Yəni, İmamın mərifəti Allahın mərifəti ilə eynidir.

  O, əlavə etdi: Hədisdə buyurulur ki, əgər imamı tanımasaq cahiliyyət dövründə ölmüş kimiyik. Yəni, bizim həyatımız İmama (ə) olan mərifətimizə bağlıdır. İmamı tanıyanlar həyatın gözəlliyin anlayırlar. Həyatdan ləzzət alırlar. Əgər belə olmasa həyatda heyran qalacaqlar.

 İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti aşağıdakı suala

" İmamı tanımaq üçün Onu zahiri gözümüzlə axtramalıyıq? "

Dedi: İmamı tanımaq və mərifət əldə etmək ümumiyyətlə gözə və zahiri baxışa aid deyil. Necəki əksər insanlar tarix boyu İmamı görüblər. Amma kafir halda dünyadan gediblər. Hətta imamla qılıncla vuruşublar. Onunla müharibə aparıblar. Kərbəla hadisəsi buna gözəl nümunədir

 

http://www.shabestan.ir/detail/News/662342.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده