خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, October 14, 2017 Xəbər kodu : 31188

Həsən Ruhanidən Trampa cavab gecikmədi
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası prezidenti Həsən Ruhani ABŞ prezidentinin sözlərini İran xalqına qarşı bir ovuc əsassız ittiham və təhqir adlandırıb.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Həsən Ruhani cümə günü axşam televiziya vasitəsi ilə etdiyi canlı çıxışında ABŞ prezidenti Donald Trampın İranla bağlı söylədiklərinə cavab olaraq, Amerikanın İranın daxili işlərinə müdaxiləsi ilə bağlı tarixin yaddaşına müraciət edib və deyib: İran xalqı yersiz və nifrət doğuran sözlər ilə bir diktatora baş əyəcək bir xalq deyil. İran xalqı indiyə kimi heç bir qüdrətə təslim olmayıb və bundan sonra da olmayacaq.

 

Həsən Ruhani əlavə edib: Trampın sözlərindən aydın olur ki, nüvə anlaşması onun seçkilər dönəmində təsəvvür etdiyindən daha möhkəmdir və bu gün Amerika nüvə anlaşması qarşısında və İran xalqına qarşı fitnələrində həmişə olduğundan daha artıq yalnızdır.

 

İran İslam Respublikası prezidenti daha sonra deyib: Tramp bu günkü Amerikanın tarixi gerçəkliklər, beynəlxalq quruluşdan və hətta, öz Avropalı müttəfiqlərindən nə qədər uzaq olduğunu sübut etdi.

 

H.Ruhani düşmənlər qarşısında İranın müdafiə qüdrətinin artırılmasına da təkid edib və deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah region xalqlarının kənarında və terrorizmin qarşısında dayanıb.

 

İran İslam Respublikası prezidenti həmçinin deyib: İran İslam Respublikası regionda terrorizm qarşısında qətiyyətlə dayanıb. Halbuki, Seçki rəqabətləri zamanı Trampın özünün də etiraf etdiyi kimi İŞİD başda olmaqla bu terrorçu qruplaşmaları elə Amerikanın özü yaradıb.

 

http://shabestan.ir/detail/News/662011

http://shabestan.ir/detail/News/662042

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده