خبرگزاری شبستان

یکشنبه ۲۸ آیان ۱۳۹۶

الأحد ١ ربيع الأوّل ١٤٣٩

Sunday, November 19, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Saturday, October 14, 2017 Xəbər kodu : 31184
Ayətullah Ərakinin Tehranın Cümə namazından qabaq etdiyi çıxış
İslam cəmiyyətləri arasındakı vəhdət ilahi rəhmətin nişanəsidir
Şəbistan xəbər agentliyi: İslam məzhəblərini bir-birinə yaxınıaşdırma dünya təşkilatının baş katibi dedi: Quranda və Məsum İmamların (ə) rəvayətlərində İslam cəmiyyətləri və möminlər arasındakı vəhdət ilahi rəhmətin və Mütəal Allahın bütün möminlərə məhəbbətinin nişanəsidir.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, İslam məzhəblərini bir-birinə yaxınıaşdırma dünya təşkilatının baş katibi Ayətullah Möhsin Əraki Tehranın bu həftəki Cümə namazından qabaq etdiyi çıxışda Ali Rəhbərin göstərişi əsasında təsis edilən İslam məzhəblərini bir-birinə yaxınıaşdırma dünya təşkilatının il dönümünə işarə edərək dedi: Quranda və Məsum İmamların (ə) rəvayətlərində İslam cəmiyyətləri və möminlər arasındakı vəhdət ilahi rəhmətin və Mütəal Allahın bütün möminlərə məhəbbətinin nişanəsidir.

O, sözünü belə davam etdirdi ki, Ali-İmran surəsinin 3-cü ayəsində belə gəlmişdir: Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz". Bu ayədə ilahi nemətdən məqsəd həmin Peyğəmbərdir (s).

O, xatırlatdı ki, rəvayətlərin bir çoxunda imamət neməti və Peyğəmbər (s) neməti izah verilmişdir. Necə ki, bu nemət möminlərə nazil olduğu zaman bir-birlərinə qardaş və həmfikir olurlar, bunun müqabilində düşmənçilik və təfriqə vardır. Möminlər arasında düşmənçilik yarandığı zaman bu ilahi əzabın nişanəsi olacaq. http://shabestan.ir/detail/News/661975

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده