خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31169
Şiələrin mərcə-təqlidi dedi
Ərəbistanlılar siyasi məsələlərdə də həccə bənzər şəkildə əməl etsinlər
Şəbistan xəbər agentliyi: Ayətullah Məkarim Şirazi dedi: Amerikalılar və həmfikirləri İslam ölkələri arasında ixtilaf və çaxnaşma yaratmaq istəyirlər. Həmçinin İslam ölkələrinin bir-birindən ayrılmasını və viran olmasını istəyirlər. Müsəlmanlar ayıq-sayıq olmalı və onların istəklərinə təslim olmamalıdırlar.

Şəbistan xəbər agentliyi Qumdan və hövzədən verdiyi xəbərə əsasən, Ayətullah Məkarim Şirazi bu gün Mehr ayının 20-si həcc və ziyarət idarəsində Vəliyyi Fəqihin nümayəndəsi Höccətül-islam vəl-müslimin Qazi Əsgər və ölkənin həcc idarəsinin müdiri cənab Məhəmmədi ilə görüşündə dedi: Mən öz payıma siz iki Alicənabdan və sizinlə həmkarlıq edən bütün şəxslərdən təşəkkür edirəm ki, bu il ki, həcc mərasimi yaxşı şəkildə keçdi. Təqribən demək olar ki, heç bir problem çıxmadı.

O, əlavə etdi ki, qabaq camaat bizdən soruşurdular ki, həccə getməliyik ya yox? Bizdə deyirdik ki, Allaha təvəkkül edin və gedin. İnşaallah heç bir problem çıxmaz.

Şiələrin mərcə-təqlidi qeyd etdi ki, bu il həccin yaxşı keçəcəyinə heç də ümidimiz yox idi. Amma birinci dəstə Mədinəyə daxil olduqdan sonra Səudilərin necə rəftar etdiklərini soruşduq. Məlum oldu ki, çox ehtiramla rəftar ediblər. Bununla da dedik ki, bu il inşaallah çox yaxşı olacaq.

Ayətullah Məkarim Şirazi sözünün davamında belə dedi: Bizim təsəvvürümüz budur ki, Ərəbistan dövləti bu nəticəyə çatıb ki, İranın qarşısında Amerikanın proqramlarından itaət edərək heç bir şey əldə etməyəcəklər. Buna görə də başqa bir yol seçməlidirlər. Ümidvarıq ki, siyasi məsələlərdə də həccə bənzər şəkildə əməl edərlər.

O xatırlatdı ki, Amerikalılar və həmfikirləri İslam ölkələri arasında ixtilaf və çaxnaşma yaratmaq istəyirlər. Həmçinin İslam ölkələrinin bir-birindən ayrılmasını  və viran olmasını istəyirlər. Müsəlmanlar ayəq-sayıq olmalı və onların istəklərinə təslim olmamalıdırlar.http://shabestan.ir/detail/News/661907

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده