خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31167

Nur evləri Quran təfsirinə önəm verməlidirlər
Şəbistan xəbər agentliyi: Kermanşah məscidlərin mərkəzləri idarəsinin məsulu dedi: Nur evləri Quran təlimlərində ruhanilərdən istifadə edərək, Quran təfsirini və Quran məfhumlarının təlimini öz proqramlarının əsas hissəsi qərar verməlidirlər.

Şəbistan xəbər agentliyi Quran və maarif jurnalistinin Kermanşahdan verdiyi xəbərə əsasən, Kermanşah ostanının məscidlərinin sənət və mədəniyyət mərkəzləri idarəsinin məsulu Təyyib Səfəri Kermanşahın Tabeqestan bulvarında Ağayani məscidində "Nuri isra" evinin açılış mərasimində dedi: Sənət və mədəniyyət mərkəzlərinin kənarında Nur evlərinin yaradılması bərəkətə səbəb olacaq. O, məscid mərkəzlərində Nur evlərini əsas götürməklə Quran proqramının icra edilməsinə işarə edərək dedi: Quran təlimini uşaqlardan,  yeniyetmələrdən və cavanlardan ibarət müxtəlif səthlərdə Quranın oxunuşu, rəvan oxunuşu, təcvidi və təfsiri sahələrində tədris etməlidirlər.

Səfəri tövsiyə etdi ki, Nur evlərinin proqramlarında Quran məfhumlarının təlimi əsas götürülməlidir.

O, təəssüf etdi ki, bizim bir çox Quran qari və əzbərləyənləri Quranın təcvidi və əzbər edilməsinə hakim olduqları qədər Quranın təfsiri və məfhumlarının bəyanına hakim deyillər. Bu sahədə zəifdirlər.

O, əlavə etdi ki, Nur evlərində ehtiyac duyulan və qəflət etdiyimiz məsələlərdən bir digəri də budur ki, ruhaniyyətdən daha az istifadə edirik.

O, ruhaniyyətdən Quran məfhumlarının tədrisi və bəyan edilməsində istifadə etməyin zəruri olduğuna işarə edərək dedi: Çox yaxşı təfsirlərimiz var ki, ruhanilər onlara kamil şəkildə hakimdirlər. BU ruhanilərdən istifadə olunmalıdır.

O, təkid etdi ki, məscidlərin sənət və mədəniyyət mərkəzlərində Quran və Əhli-beytlə eyni zamanda maraqlanmaq zəruridir.http://shabestan.ir/detail/News/661786

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده