خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31166

Dost və düşmənin fərqlərini ictimaiyyətə çatdırmaq zəruridir
Şəbistan Xəbər Agentliyi: Ayətullah Seyyid Haşim Hüseyniyi Buşeri: Biz də Əhli – beyt (ə) məktəbinin davamçıları olaraq şəhidliyin əhəmiyyətini, şəhidlik və fədakarlıq məktəbini və mədəniyyətini gənc nəslə ötürülməsini yaddan çıxartmamalıyıq. Bu gün cəmiyyətimiz və cavanlarımızın şəhidlik ruhiyəsinə ehtiyacları vardır.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Seyid Haşim Hüseyniyi Buşeri bu gün İranın əyalətlərindən birində şəhidlərin xatirəsinə həsr edilən mərasimdəki çıxışında dedi: Şəhidlər həm qanlarını verdilər, həm də göz yaşlarını səngərə axıtdılar – səngərlər onların göz yaşlarının şahididir.

 

Şəhidlərin əzəməti oldugca böyükdür. Onların məqamları yüksəkdir.Bunu bilməliyik ki, məsum imamlarımız şəhidlik və şəhidlərə hörmət qoyardılar və bildirərdilər ki, şəhidin tökülən qanından, habelə gecənin qaranlıgında Allahın qorxusundan gözdən tökülən yaşdan daha qiymətli bir şey yoxdur. Şəhidlər həm qan verdilər, həm də Allahın vüsal və qorxusundan göz yaşları tökdülər.

 

Ayətullah daha sonra bildirdi ki, bu gün cəmiyyətimizdə ictimaiyyətimiz üçün dost - düşməni tanıtmaq, fərqlərini bildirmək və tam dəqiq bunları bir - birindən ayid etmək oldugca zəruridir. Xalq düşmənlərimizin kim oldugunu, hansı düşmənlərlə üz - üzə dayandıgımızı bilməlidir və sonra da onlarla mübarizədə möhkəm olmalıdır.

 

Biz də Əhli – beyt (ə) məktəbinin davamçıları olaraq şəhidliyin əhəmiyyətini, şəhidlik və fədakarlıq məktəbini və mədəniyyətini gənc nəslə ötürülməsini yaddan çıxartmamalıyıq. Bu gün cəmiyyətimiz və cavanlarımızın şəhidlik ruhiyəsinə ehtiyacları vardır.

 

http://shabestan.ir/detail/News/661865

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده