خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31165

Müqəddəs ideal ilahi dövlətin qurulmasının ilkin şərti
Şəbistan Xəbər Agentliyi: Qələbə rahat yaşamaq istəyi, bir kənarda oturmaqla müyəssər olmayacaq. Qələbə istiqamət, müqavimət və möhkəmliyin nəticəsidir.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Allah öz nüsrət və zəfərini möminlərə nəsib edəcəkdir. Lakin burda əsaslı və önəmli bir şərt vardır. O, şərt mühəqqəq olmayınca qələbə və Allahın köməyindəndən bir xəbər yoxdur. Ümumiyyətlə o şərtlərdən bəziləri Allahın nüsrət və zəfərindən yetişməyində bir işin üstündə dayanmaq, məsuliyyət hissi vəzifə duygusu, inzibat və davamiyyətlə Allahın hökm və qayda qanunlarını həyata keçirmək istəyidi.

 

Daha dogru düşünsək görərik ki, Allahın nüsrət və yardımı mücahidlər və əməli cəhətdən meydanda mübarizə aparan mübarizlərə nəsib olur. Belə ki, Quranda buyurur:

 

«وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا».

 

Allah mücahidləri oturanlardan üstün etmişdir (və üstün savab vermişdir).

 

Quranda buna bənzər ayələr çoxdur. Quranın məntiqinə görə Allah yolunda möhkəm dayanmaq ilahi yardımların enməsinə səbəbdir. Qələbə rahat yaşamaq istəyi, bir kənarda oturmaqla müyəssər olmayacaq. Qələbə istiqamət, müqavimət və möhkəmliyin nəticəsidir. Az da olsa, kəmiyyət və kefiyyət baxımından məhdud da olsa belə hərəkət və müqavimət lazımdır. Tagutun silahdaşları Calutun böyük ordusu ilə üzləşəndə Allahdan səbr, möhkəmlik və ondan sonra isə nüsrət və qələbə istədilər.

 

Deməli, Quran ayələri və rəvayətlərə əsasən haqq oldugdan sonra qələbə və zəfərin rəmz və şərti əməl və müqavimətdir.

 

http://shabestan.ir/detail/News/661589

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده