خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31164

Dərdlərə dərman Kərbəla türbəti
Şəhidlər sərvəri imam Hüseynə (ə) məxsus məziyyət və xüsusiyyətlərdən biri də o həzrətin türbəsi, yəni şərif qəbrinin torpağıdır.

Şəhidlər sərvəri imam Hüseynə (ə) məxsus məziyyət və xüsusiyyətlərdən biri də o həzrətin türbəsi, yəni şərif qəbrinin torpağıdır. Məsum rəhbərlərin müqəddəs qəbirlərindən torpaq götürüb yemək haramdır, amma imam Hüseynin (ə) pak türbəsi şəfa xarakterlidir və ondan şəfa məqsədilə azacıq götürüb yemək məsum rəhbərlər tərəfindən tövsiyə olunmuşdur. Məsumlardan nəql olunan müxtəlif rəvayətlərdə bu ibarə gözə dəyməkdədir:

وَ الشِّفَاءَ فِی تُرْبَتِه

“İmam Hüseynin (ə) türbəsində şəfa var!” (“Əl-əmali”, Şeyx Tusi, səh.17.)

İmam Rza (ə) buyurmuşdur: “Torpaq yemək murdar, qan və donuz əti kimi haramdır. Hüseynin (ə) qəbrinin türbəsi isə istisnadır. Həqiqətən, onda hər bir dərdin dərmanı və hər bir qorxudan əmin-amanlıq vardır.” (“Təhzibul-əhkam”, Şeyx Tusi, 6-cı cild, səh.74.)

Ümumiyyətlə, bu mövzu ilə bağlı rəvayətlər iki qismə bölünür:

1. Bəzi rəvayətlərdə deyilir ki, imam Hüseynin (ə) türbəsinin dərman və şəfa olması o həzrətin şərif qəbrinin torpağına məxsusdur. Necə ki, imam Sadiq (ə) buyurur: “Hüseynin (ə) qəbrinin baş tərəfində qırmızırəngli torpaq vardır ki, ölümdən başqa, hər bir dərdin dərmanıdır.” (“Kamiluz-ziyarat”, İbn Qoləveyh, səh.272; “Kafi”, Koleyni, 1-ci cild, səh.360.)

2. Müxtəlif təbirlərlə nəql olunan bəzi rəvayətlərdə də imam Hüseynin (ə) türbəsinin şəfalılığı şərif qəbrin hər tərəfindən beş fərsəxə qədər əhatə etdyi bildirilir və imam Sadiqdən (ə) nəql olunan bu hədisə istinad edilir: “Hüseynin (ə) qəbrinin sahəsi hər dörd tərəfdən beş fərsəxə qədərdir.” (“Məkarimul-əxlaq”, Təbərsi, 1-ci cild, Səh. 360.)

Ayətullah Hüseyn Məzahiri (Allah onun ömrünə bərəkət versin) Ayətullah əl-uzma Xoidən belə nəql edir: “Həyat yoldaşım evimizdə həftədə bir dəfə qadınlara məxsus “rövzə məclisi” təşkil etmişdi. Bir müddətdən sonra “rövzə məclisi”nin elmi mütaliələrimə meneçilik törətdiyini gördükdə, həyat yoldaşıma dedim ki, məclisi ləğv etsin və beləcə, məclis ləğv olundu. Təqribən, iki-üç həftədən sonra gözlərim ağrımağa başladı. Gözlərimin ağrısı o qədər şiddətləndi ki, dərslərimi belə tətil etdim. İş o yerə gəlib çatdı ki, müraciət etdiyim həkimlər gözlərimi müalicə etməkdən aciz qaldılar. Bir gün həyat yoldaşım yuxuda gördü ki, bir nəfər ona belə deyir: “Sənin ərinin gözləri tutulmalı və kor olmalıdır, amma onun sağalmasını istəyirsənsə, imam Hüseynə (ə) təvəssül et və dərmanı da o həzrətin türbəsindədir. O həzrətin türbəsini suda həll et və həyat yoldaşının gözlərinə sürt.” Ayətullah Xoi deyirdi ki, elə gecə ikən, həyat yoldaşım məni yuxudan oyatdı və yuxusunu danışdıqdan sonra bir stəkan suya o həzrətin türbəsindən töküb həll edərək gözlərimə sürtdü və ondan sonra gözlərim yaxşılaşdı.”

Ayətullah əl-uzma Burucerdidən də belə nəql edir: “Gənc çağlarımda gözlərim zəiflədi, yaxşı görmürdüm. Buna görə də, eynəkdən istifadə edirdim. Bir il Məhərrəm ayı, Tasua günü evimizə əzadarlıq dəstəsi gəlmişdi və bəziləri də başlarına palçıq sürtmüşdülər. Onların içində bir nəfərin mənəvi halı diqqətimi cəlb etdi, sinə vura-vura mənim yanımdan keçdiyi zaman əl atıb onun başından azacıq palçıq götürdüm və gözlərimin üstünə sürtdüm. Ondan sonra gözlərim sağaldı və bir daha eynəkdən istifadə etmədim.” Ayətullah Hüseyn Məzahiri deyir ki, Ayətullah əl-uzma Burucerdi doxsan yaşında eynəkdən istifadə etmirdi və gözləri gənc bir insanın gözləri tək görürdü. (jamaran.ir)

Bəli, tarixdə belə hadislər çox olub. İmam Hüseynin (ə) türbəsinin fəzilət, bərəkət və təsiri özünəməxsusdur. Kərbəla torpağı behiştin bir parçasıdır. O həzrət din yolunda bütün varlığı ilə fədakarlıq etdiyindən, Allah-Taala da o həzrətin şərif qəbrinin torpağına xüsusi fəzilət, bərəkət və şəfa xüsusiyyəti əta etmişdir.

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده