خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31162

Kermanşahda məscidlərin nur evi, kitabxanası və mərkəzinin açılışı
Şəbistan xəbər agentliyi: Ali rəhbərin məscidlərin sənət və mədəniyyət mərkəzi olmaları barəsindəki çıxışı ilə eyni zamanda Mehr ayının 19-da Ağayani məscidinin nur evi açıldı.

Şəbistan xəbər agentliyi Quran və maarif jurnalistinin Kermanşahdan verdiyi xəbərə əsasən, Ali rəhbərin məscidlərin sənət və mədəniyyət mərkəzi olmaları barəsindəki 1391-ci il Mehr ayının 19-u şimali Xorasandakı çıxışı münasibəti ilə Kermanşahın Tabeqestan bulvarında "Nuri isra" evi Kermanşah ostanının sənət və mədəniyyət mərkəzləri idarəsinin məsulu tərəfindən açıldı.

Kermanşahın ümmül-əimmə mərkəzinin Ağayani məscidinin nur evinin binası bu ilin Ramazan ayında hazırlanmış yay boyunca da qeyri rəsmi surətdə təhsilin müxtəlif sahələrində Quran dərslərinin tədrisinə başlamışdır.

Bu xəbərə əsasən, Kermanşah ostanının sənət və mədəniyyət mərkəzləri idarəsi Mehr ayının 19-nu dəyərli bilmək adına Ostanda mövcud olan kitabxanalar və təzə təsis olunmuş mərkəzlərdə kitab paylanmasına başlamışdır.  

Ali rəhbərin məscidlərin sənət və mədəniyyət mərkəzi olmaları barəsindəki 1391-ci il Mehr ayının 19-u şimali Xorasandakı çıxışı münasibəti ilə və ölkənin məscid mərkəzlərinin ali qərargahının gördüyü işlər barəsində ostanın televiziyası vasitəsi ilə veriliş yayımlanacaq.

Qeyd etmək lazımdır ki, bu gözəl gün və Ali Rəhbərin 1390-cı il Mehr ayının 20-də Kermanşah ostanına etdiyi səfərin il dönümü münasibəti ilə "Müdhammətan" 12-ci Quran festivalının və vilayətlə əhd bağlamaq konfransının açılış mərasimi Cümə axşamı günü Mehr ayının 20-si Kermanşahın təlim mərkəzində keçiriləcək.http://shabestan.ir/detail/News/661578

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده