خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, October 12, 2017 Xəbər kodu : 31161
Ayətullah Qərəhi
İnsanın qüdrətləri Allaha bəndəçilik etmək üçün vasitə olmalıdır
Şəbistan xəbər agentliyi: Ayətullah Qərəhi dedi: İnsanın sahib olduğu qüdrətləri tanıması Allaha bəndəçilik etməyə doğru hərəkət vasitələri olmalıdır. Başqa surətdə şəxsin bildikləri onun zəlaləti üçün böyük bir səbəb olar.

Şəbistan xəbər agentliyi Quran və maarif jurnalistinin xəbərinə əsasən, İmam Mehdi hövzəsinin təsisçisi Ayətullah Ruhullah Qərəhi Mehr ayının 18-i ikinci gün bu elmi hövzədə keçirilən əxlaq dərsində dedi: Allaha bəndəçik məqamına yetişmək üçün insan sahib olduğu qüdrətləri tanımalıdır.

O, əlavə etdi ki, insanın sahib olduğu qüdrətləri tanıması Allaha bəndəçilik etməyə doğru hərəkət vasitələri olmalıdır. Başqa surətdə şəxsin bildikləri onun zəlaləti üçün böyük bir səbəb olar.

Ayətullah Qərəhi qeyd etdi ki, insan sahib olduğu qüdrətlərə doğru və düzgün agahlıq tapdığı və onun əsasında hərəkət etdiyi zaman irəli getdikcə, Allahın qarşısında fəqir olduğunu anlayır.

İmam Mehdi hövzəsinin təsisçisi Ayətullah Qərəhi sözünü belə davam etdirdi: Bu doğru agahlığı əldə etmək və ona əməl etmək üçün İmamdan itaət etməliyik ki, əməlin necəliyini bizə göstərsinlər.

O, bəyan etdi ki, o qüvvələrdən biri nəfsdir. Nəfsi tanımaq çox əhəmiyyətlidir. Çünki, insanın nəfsi onu Allahdan qeyri tərəfə aparmaq üçün pisliyi və günahı onun nəzərində yaxşı və gözəl cilvələndirir.

Ayətullah Qərəhi ağıllı insanın ehtiyat edəcəyinə işarə edərək dedi: Əliniz Məsum İmamların əlində olmayana qədər ehtiyat etməlisiniz.http://shabestan.ir/detail/News/661416

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده