خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Wednesday, October 11, 2017 Xəbər kodu : 31160
Beynəlxalq vəhdət diplomasiyasının birinci iclası
Beynəlxalq islami vəhdət diplomasiyasının birinci iclası başladı
Şəbistan xəbər agentliyi: Beynəlxalq islami vəhdət diplomasiyası bu gün sübh İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının təsis olunma il dönümü ilə eyni zamanda daxili və xarici şəxsiyyətlərin iştirakı ilə Tehranın Azadlıq hotelində başladı.

Şəbistan xəbər agentliyi Quran və maarif jurnalistinin xəbərinə əsasən, beynəlxalq həmrəylik iclasının birincisi bu gün Mehr ayının 19-u 3-cü gün sübh İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının təsis olunmasının 27-ci il dönümü ilə eyni zamanda öz işinə başladı.

Bu xəbərə əsasən, İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının ictimai işlər üzrə müavini Doktor Nazimi Ərdəkani bu iclasın başlanğıc mərasiminin əvvəlində İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının təsis olunmasının il dönümünə işarə edərək dedi: Təsis olunmasının il dönümü ilə eyni zamanda başlanan bu iclasda dünyanın müxtəlif ölkələrindən o cümlədən, İspanya, İngiltərə, Hollandiya, Türkiyə və Yunanıstan kimi Avropa ölkələri, Pakistan, Livan, İraq, Tunus və Hindistan kimi Asya ölkələrindən olan şəxsiyyətlər iştirak edirlər.

O Ali Rəhbər tərəfindən Ayətullah Ərakinin İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının baş katibi olaraq təyin edilməsini xatırlatdı. İslam dünyasının böyük istedadlı şəxsləri məxsusən də hövzə və universitet mütəfikkirlərinin həmrəyliyi və birliyi ilə islami vəhdət diplomasiyasının özümüz üçün bir faydalı yol kimi qərar verə bilərik.

O təkid etdi ki, bu günkü iclasın hədəfi islami vəhdət diplomasiyasının faydalı icrası və vəhdət dilini İslam dünyasında ictimai rəftara çevirməkdir.   http://shabestan.ir/detail/News/661644

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده