خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 11, 2017 Xəbər kodu : 31158

Qazanca bərəkət verən amillər
Şəbistan Xəbər Agentliyi: “Əgər cəsarətin yoxdursa, qorxursansa, alverə girişmə və ticarətə tərəf getmə”.

 

Şəbistan Xəbər Agentliyinin müxbiri Höccətül - islam vəl - müslimin Qasim İbrahimpur ilə dinimizin ticarət barəsində göstərişləri mövzusunda söhbət etdi.

 

Müsahibimiz bildirdi ki, tacir ticarətin qayda -  qanunlarını və şəri hökmlərini yaxşı bilməlidir. Belə edərsə, harama düşməz və halal tikə qazanaraq ailəsinə aparar.

 

Hədis qaynaqlarımızda keçir ki, tacir çox erkən durmalı səhər tezdən işinin üstünə gedməlidir. Belə ki, İmam Musa Kazim (ə) bazara gec gedən bir şəxsi gördükdə ondan soruşdu: Niyə gecikibsən? Sən gərək səhər erkən öz izzətinin dalıyca gedəsən.

Yəni, imam ona buyurur ki, səhər tezdən durmaqla ticarət, alış - veriş və öz ehtiyacını ödəməklə başqalarına ehtiyaclı olmaz və beləliklə də, izzət və başıucalıqla yaşıyarsan.

 

“Ticarətdə düzgün danışmaq, sədaqətə riyaət etmək daha çox bəyənilən xüsusiyyətdir”, - deyən runhani daha sonra bildirdi ki, ticarətin bəzi adablarıda vardır. Məsələn, onlardanda biri cürətdir. Əgər cəsarətin yoxdursa, qorxursansa, ticarətə tərəf getmə. Habelə alış - verişdə çənə vurmaq, yəni qiymət danışmaq yaxşıdır və müstəhəb hesab edilir. Lakin malı pisləmək məkruhdur və bəyənilmir. Yəni malı ucuz almaq pis sayılmır, amma malı pisləmək, ondan eyib tapmaq heçdə yaxşı xüsusiyyət sayılmır.

 

http://shabestan.ir/detail/News/655148

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده