خبرگزاری شبستان

دوشنبه ۴ تیر ۱۳۹۷

الاثنين ١٢ شوّال ١٤٣٩

Monday, June 25, 2018

Servis xəbərlərinin titri

Azərbaycanda “İran mədəniyyət həftəsi” keçiriləcək

Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 11, 2017 Xəbər kodu : 31156
Beynəlxalq vəhdət diplomasiyası iclası
Vəhdət bu gün bütün toplumların və islami mərkəzlərin narahatlığı
Şəbistan xəbər agentliyi: İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının baş katibi qeyd etdi ki, biz beynəlxalq vəhdət diplomasiyası iclasında vəhdət sahəsində əməli və meydani bir faydanın dalıncayıq. Vəhdət bu gün bütün şəxsiyyətlərin, toplumların və islami mərkəzlərin narahatlığıdır.

Şəbistan xəbər agentliyi Quran və maarif jurnalistinin xəbərinə əsasən, İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının baş katibi Ayətullah Əraki bu gün sübh İslam vəhdət diplomasiyasının faydalı icrası üçün Tehranın Azadlıq hotelində keçirilən birinci beynəlxalq iclasının açılış mərasimində dedi ki, İslam dünyasının vəhdət məsələsi və vahid bir İslam ümmətini əldə etməyin yolu vəhdət diplomasiyasından istifadə etmədən mümkün deyil. İslam məzhəblərini bir-birinə yaxınlaşdırma dünya toplantısının ən mühüm vəzifəsi İslam cəmiyyətinin birliyi və vəhdəti üçün səy göstərməkdir. Bu məsələ bu gün İslam cəmiyyətinin mütəfəkkirlərinin və ürəyi yanan insanlarının narahatlığıdır.

O sözünü belə davam etdirdi ki, bu gün islami cəmiyyətləri qorxudan ən böyük təhlükə təfriqə və ixtilaf salmaqdır. Buna görə də biz bu iclasda bir yolu tapmaq istəyirik ki, bu günə qədər İranda və bütün dünyada keçirilmiş vəhdət iclaslarından üstün olsun.

O, təkid etdi ki, bizim bu iclasda ki, hədəfimiz vəhdət sahəsində fəaliyyət göstərənlər arasında bir beynəlxalq təşkilat yaratmaq üçün əməli bir faydanı ıldı etməkdir. Vəhdət bu gün bütün şəxsiyyətlərin, toplumların və islami mərkəzlərin narahatlığıdır. Bu cəhətdən də vəhdətə nail olmaq üçün şox səy göstərirlər.http://shabestan.ir/detail/News/661630

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده