خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 11, 2017 Xəbər kodu : 31154

Biz yaxşıyıq ya qərblilər? - Mövqe
Şəbistan Xəbər Agentliyi: Qərb toplumu yaxşıdır ya bizim cəmiyyət, başqa sözlə desək, qərb insani daha çox üstünlüyə malikdir ya bir müsəlman?.

 

Şəbistan Xəbər Agentliyinin müxbiri uzun illər Avropada yaşamış iranlı, tanınmış fəlsəfə və irfan ustadı dr. Məhəmməd Sənayi Aşkuru ilə qərb və şərqdə insan amili mövzusunda söhbət apardı.

 

 

Müsahibimiz belə bir sual ortaya qoydu: Qərb toplumu yaxşıdır ya bizim cəmiyyət, başqa sözlə desək, qərb insani daha çox üstünlüyə malikdir ya bir müsəlman?.

 

Məhəmməd Sənayi Aşkuru suala cavab olaraq fikrini belə izah etdi:

 

Əvvəl yaddan çıxardmamalıyıq ki, bütün insanlar natura, yaradılış və fitrət baxımından ortaq və birgə dəyərlərə malikdirlər. Heç bir millət və xalq natura baxımından başqa bir millətdən üstün deyildir. İnsanlıq hissi bütün adəm övladlarında vardır. Başqa cür fikirləşsək irqçiliyə, şovenizm və millətçiliyə yol vermişik. İqçiliyin qayəsində “mənim millətim yaradılışda hamıdan üstündür” fikri, “bizim genimiz hamıdan, bütün genlərdən alidir” təfəkkürü yatır.

 

Başqa bir tərəfdən sualın cavabı təlim - tərbiyə məsələsinə də qayıda bilər. Təlim - tərbiyə, tədris məsələsi ciddi şəkildə aparıldıqda, sağlam baş verdikdə, agıla və məntiqə əsaslanan düzgün idarəçilik sistemi qurulduqda insanların və bütünlükdə götürdükdə bir toplum və xalqın davranış və əməli də dəyişir. İstər şərqdə olsun, istər qərbdə.

 

Mən uzun illər qərbdə yaşan bir insan kimi və o cəmiyyəti yaxından müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, qərblilər bəzi xüsusiyyətlərinə görə bizdən üstündürlər, məslən qanunlara tabe olmaq, nəzm- intizamda. Əlbəttə bu təlim- tərbiyədən aslıdır, lakin biz din və məzhəbimizn tələblərinə və yuxarıda sadlanlara əməl etməklə bütün toplumlardan daha üstün ola bilərik. Bu mənin son fikrimdir.

 

http://shabestan.ir/detail/News/661511

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده