خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Wednesday, October 11, 2017 Xəbər kodu : 31152

Aşura faciəsinin ilkin amili - Haram tikə
Haram tikə insan mənəviyyatının ən böyük bəlasıdır. Çünki insan yediyi tikələrlə “tikə-tikə” böyüyür.

Haram tikə insan mənəviyyatının ən böyük bəlasıdır. Çünki insan yediyi tikələrlə “tikə-tikə” böyüyür.

 

İslaminSesi.info- İnsan öz yaradılışında zatən izzət sahibidir. O iki izzətə zatı və alınma izzətə sahibdir. Alınma izzət zatı izzətə: izzət və şərəf qatır.  Bəzən də bunun tam əksi olur. İnsan elə bir hala gəlir ki, Allah Təalanın ona potensial olraraq verdiyi izzəti də əlindən verir. Artiq onun “adam” olmaq şansı olmur. Necəki Qurani Kərim buna işarə edərək buyurur:

 

“Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar” (Bəqərə-10).

Yaxud Əraf-179-da buyurulur: Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!

 

Bütün bunlar nəinki alınma izzətin olmamasına, bəlkə zatı izzətə də xələl gəlməsinə bir işarədir.

 

İmam Hüseyn (ə) Aşura günü bu mətləbə işarə etmiş, bu korluğun əsas səbəblərindən birini xatırlatmışdır. Mərhum Məclisi Biharın 45-ci cildində bu mətləbə toxunaraq İmamın (ə) düşmənləri haramxor adlandırmasını qeyd edir. Yəni bu mətləb o qədər önəmlidir ki, İmam (ə) öz düşmənlərini bu işdə ittiham etmiş, onları məhz haramxor adlandırmışdır. Demək haram tikə insanı (Allah eləməsin) Peyğəmbər (s) və İmamla (ə) düşmənçiliyə belə gətirib çıxarır.

 

 Həmçinin İmam Baqir (ə) bu barədə buyurub: “İnsanın yediyi haram tikə onun nütəsində təsir qoyur”.

 

 İnsan yediyi tikələrlə böyüyür. Həmin tikələrlə onun bədəni pormalaşır. Həmçinin inkar olunmaz bir fakdır ki, ruhun bədənlə rabitəsi vardır və insan şəxsiyyəti də fiziki bədənlə yox mənəvi keyfiyyətlərlə ölçülür. Yeməyin də insan şəxsiyyətinin formalşmasındakı təsiri inkar olunmaz faktdır. Haram tikədən çəkindirmək bütün səmavi dinlərin təməl pirinsiplərindəndir.

 

Y.Nuruyev

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده