خبرگزاری شبستان

چهارشنبه ۲۶ مهر ۱۳۹۶

الأربعاء ٢٨ المحرّم ١٤٣٩

Wednesday, October 18, 2017

Servis xəbərlərinin titri

Referendum keçmişdə qaldı; indi Barzaninin istehfası tələb edilir

Şəbistan Xəbər Agentliyi: Yusif Məhəmməd: İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin istefası bu məntəqə sakinlərinə böyük bir xidmət olacaq.

Seçilmiş xəbərlər

Servis Əsas səhifə Zaman :   Tuesday, October 10, 2017 Xəbər kodu : 31149

HƏMAS fələstinlilərdən Əqsa məscidinə kütləvi axınlarını istədi
Şəbistan Xəbər Agentliyi: Həmas işğalçı İsrail rejiminin Qüds və Əl-Xəlil şəhərlərində olan müqəddəs məkanlara qarşı atdığı addımların müqabilində fələstinliləri “Məscidi Əqsa”da keşik çəkməyə çağırıb.

HƏMAS-dan fələstinlilərə çağırış: “Məscidi Əqsa”da keşik çəkin

 

 

Şəbistan Xəbər Agentliyi “ Əl - Misriyyun” xəbər telekanalınaə istinadən xəbər verir ki, Həmas liderlərindən  Eymən Əbu Xəlil  “İbrahim”  məscidinin bağlanması və azanın qadağan edilməsinin açıq pozuntu olduğunu bəyan edib. “Bu addımlar İslami məkanların  yəhudiləşdirilməsi və müsəlmanların bu məkanlardakı hüquqularının əllərindən alınmasıdır.  “Məscidi Əqsa”ya hər gün yüzlərlə yəhudi qəsəbə sakinləri tərəfindən hücuma məruz qalması və İbrahim məscidinə günlərdi qoyulan azan qadağa qəbuledilməzdir. Odur ki, fələstinliləri  bu iki məscidə gedib orada keşik çəkməyə çağırıram.”

 

 

Qeyd edək ki, Qüds İslami Vəqflər İdarəsi Mətbuat katibi Firas Dibs  343 fanatik yəhudinin İsrail polisinin müşayəti altında  Əqsa Məğaribə bölgəsindən  Hərəmi şərifə soxulduğunu açıqlamışdı. 

 

 

O, “İbrahim” məscidinin  yəhudilər tərəfindən bağlandığını da qeyd etmişdir. 

 

Bu arada, sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölmələrinə hücum edərək, onlarla fələstinlini həbs ediblər.

 

 

İşğalçı sionist rejim hərbçiləri bu gün Nablus, Əlxəlil və Beyt-Ləhm şəhərlərində fələstinlilərin mənzillərinə basqın ediblər.

 

 

Sionist rejim hərbçiləri daim fələstinlilərin şəhərləri, kəndləri və mənzillərinə basqın edərək, əksər hallarda fələstinlilərlə toqquşduqdan sonra onların bir qrupunu əsir götürürlər.

 

 

Fələstinli əsirlər üzrə araşdırma mərkəzinin məlumatına görə, sionist rejim məhbəslərindəki fələstinli əsirlərin sayı təqribən yeddi min nəfərə çatıbdır. .(“ Maide” və Səhər telekanalının saytı nın tərcüməsindən yararlanılmışdır).

 

http://shabestan.ir/detail/News/661146

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده