Servis Əsas səhifə |
|
Zaman : |
Tuesday, October 10, 2017 |
|
Xəbər kodu : |
31147 |
Zühur aşura məktəbinin yaşaması sayəsində müyəssər olacaq
Şəbistan Xəbər Agentliyi: Zühurun baş vermə şərtlərindən biri silahdaşların, səhabələrin və məsləkdaşların olmagıdır, lakin bundan da önəmlisi cəmiyyətin imaməti və ilahi şəxsin rəhbərliyini qəbul etməsi və buna hazır olmasıdır.
|
Şəbistan Xəbər Agentliyinin müxbiri İranda fəaliyyət göstərən İxtisaslaşmış Məhdəviyyət Mərkəzinin müəllimi Höccətül - islam vəl - müslimin Hüseyn Qasimi ilə İmam Hüseyn (ə) qiyamı və onun sabaha olan mesajları mövzusunda söhbət etdi.
Ruhani bildirdi ki, İmam Zaman (ə)-ın zühuru onun yolunu gözləyənlərin, yəni müntəzirlərin aşuranın amacları və İmam Hüseyn (ə)-ın amallarına sadiq olmaq və onlara əməl etmələri sayəsində mümkün olacaqdır. Yəni qısa şəkildə desək, biz sözün əsl mənasında imamhüseynçi, aşuraçı olduqda zühur baş verəcəkdir: İmam Zaman (ə) o zaman zühur edəcəkdir ki, biz onun imamət və rəhbərliyini qəbul edək və onun ardıyca gedək. Buna görədə cəmiyyətin o ədalətli imamın rəhbərliyini qəbul etmək üçün lazım olan zəminlər və hazırlıgını indidən hazırlamalıyıq.
Zühurun baş vermə şərtlərindən biri silahdaşların, səhabələrin və məsləkdaşların olmagıdır. Lakin bundan da əsası cəmiyyətin imaməti və ilahi şəxsin rəhbərliyini qəbul etməsidir və buna hazır olmasıdır. Aydındır ki, bu önəmli məsələnin həyata keçməsi üçün xeyli və ciddi işlər görülməli, dayanmadan fəaliyətlər edilməlidir. Xalq dərindən, bütün vücudu ilə bir imama ehtiyacının oldugunu dərk etməlidir. Belə ki, kufəlilər də İmam Hüseyn (ə)-a yazırdılar ki, “bizim imamımız yoxdur, Kufəyə gəl”.
Xalq bu ehtiyacı dərk etsə və bilsə ki, onun ilahi bir məktəbin icraçısı olan məsum, müqəddəs və ilahi şəxsə ehtiyacı vardır, o zaman zühur baş verəcəkdir.
http://shabestan.ir/detail/News/660830
Açar sözlər:
|
|
|
|
|
|
|