خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Tuesday, October 10, 2017 Xəbər kodu : 31144

İmam Məhdi (ə) - cəddi İmam Hüseynin (ə) intiqam alanıdır
İmam Hüseynin (ə) Aşura günü söylədiyi zikrlərin xüsusi rəngi və havası var idi.

İmam Hüseynin (ə) Aşura günü söylədiyi zikrlərin xüsusi rəngi və havası var idi. Maraqlısı buradadır ki, həmin zikrləri İmam Zaman ağa (ə.f) da çətin anlarında zikr edir.

İmam Hüseyn (ə) həyatının son anlarında o zaman ki, hər şey ona çətin gəlirdi, buyurur: “لَا حَوْلَ وَ لَا قُوَّه إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim").

İmam Zaman (ə) da qeybəti-kubranın başında Əli ibn Muhəmməd Səməriyə buyurur: لَا حَوْلَ وَ لَا قُوَّه إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim")

Mələklər İmam Hüseynə (ə) yardım etmək üçün nazil olmuşdular, ancaq Həzrətə yardım edə bilmədilər. Həmin mələklər İmam Zamana (ə.f) yardım etmək üçün intizar çəkirlər.

Rəyan ibn Şəbib İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Dörd min mələk İmam Hüseynə (ə) yardım etmək üçün yerə endilər. Onlar nazil olan zaman gördülər ki, Hüseyni (ə) öldürüblər. Onlar səliqəsiz və toz-torpaq içində qəbrin kənarında iqamət qurdular və oradadırlar, ta o zamana qədər ki, Qaim (ə.f) qiyam edəcəkdir. Onlar da Həzrətin (ə.f) ordusundan və dostlarından olacaqlar. Onların şüarı belədir: یا لثارات الحسین"

İmam Hüseyn (ə) Aşura ziyarətində «الوتر الموتور» ("əl vitrəl-məvtur") adlandırılmışdır. İmam Zamanın (ə.f) da adlarından biri belədirالموتور ("əl-məvtur").

İmam Hüseyn (ə) Kərbəlada buyururdu: “هل من ناصر ینصرنی  və İmam Məhdi (ə.f)   أنا الصَّمْصَامُ الْمُنْتَقَمِ deyərək qiyam edəcəkdir.

Allah Təala Quranda buyurur: “Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik”. (“İsra” 33). İmam Sadiq (ə) buyurur: “Bu ayədə məzlum dedikdə, məqsəd - İmam Hüseyndir (ə). Öldürülmüş şəxsin qəyyumu deyildikdə, məqsəd - İmam Məhdidir (ə.f)”.

İmam Hüseyn (ə) nicat gəmisidir. İmam Məhdi (ə.f) də öz mübarək əli ilə insanları hidayət edəcəkdir.

Aşura günü İmam Hüseynin (ə) dostları bir-bir onun yanına gəlib dedilər: “Salam olsun sənə, ey Allahın Peyğəmbərindən (s) dünyay gəlmiş!". İmam (ə) da onların salamının cavabını verirdi. Sonra bu ayəni tilavət edirdi. “Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər”. (“Əhzab” 23). İmam Hüseyn (ə) Kərbəlada şəhid oldu və bu gün övladı İmam Məhdi (ə.f) cəddinin intiqamını almaq üçün intizar çəkir. (Tebyan)

/Deyerler.org/

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده