خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Tuesday, October 10, 2017 Xəbər kodu : 31143
Əllamə Təbatəbainin İmam Hüseynin (ə) əzadarlığına əhəmiyyət verməsindən bir xatirə
Bu gün təkcə insi-cinn deyil, cansızlarda İmam Hüseynin (ə) əzasında ağlayır
Şəbistan xəbər agentliyi: Əllamə Təbatəbainin Darul-Quranının müdiri İmam Hüseynin (ə) Aşura əzadarlığında dedi: Ayətullah Vicdanifəxr nəql ediblər ki, Aşura günü günortadan sonra Qum şəhərində Hacı Şeyx qəbristanlığında Əllamə mənə dedi: Bu gün təkcə insi-cinn deyil, həqiqətdə cansızlarda İmam Hüseynin (ə) əzasında ağlayır.

Şəbistan xəbər agentliyinin İmam Əli (ə) Darul-Quranının ümumi əlaqələr üzrə bölümündən nəql etdiyi xəbərə əsasən, Əllamə Təbatəbainin Darul-Quranının müdiri Mürtəza Nəcəfi Qüdsi Mehr ayıının 9-u bazar günü günorta Əllamə Təbatəbainin evində keçirilən İmam Hüseynin (ə) Aşura əzadarlığında dəyərli "Əlmizan" ttəfsirinin sahibinin Əhli-beyt aşiqi olduğuna işarə edərək dedi: Mərhum Əllamə Təbatəbai kimi böyük alimlər, elmi və dini şəxsiyyətlər İmam Hüseynin (ə) Aşura əzadarlığında əza proqramlarına və mərsiyə deməkliyə xüsusi əhəmiyyət verirdilər.

Əllamə Təbatəbainin Darul-Quranının müdiri dedi: Ayətullah Vicdanifəxr nəql ediblər ki, Aşura günü günortadan sonra Qum şəhərində Hacı Şeyx qəbristanlığına getmşdim ki, gördüm Əllamə Təbatəbai qəbristanlıqdadır. Ona yaxınlaşdım və salam verdim. Gördüm ki, çox narahat və qəmgindir və göz yaşı tökür. Sonra Əllamə qəmgin halda mənə dedi: Aqayi Vidani bilirsənmi ki, bu gün hansı gündür? Ərz etdim ki, bəli bu gün Aşura günüdür. O buyurdu: Görürsən ki, bu gün bütün dünya, məxluqat, göy, yer və hətta təkcə insi-cinn deyil, həqiqətdə, cansızlarda İmam Hüseynin (ə) əzasında ağlayırlar. http://shabestan.ir/detail/News/660883

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده