خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, October 9, 2017 Xəbər kodu : 31133

İmam Hüseyn (ə) – bəşəriyyət tarixinin gələcəkquran ən böyük ilahi nümayəndəsi
Şəbistan Xəbər Agentliyi: Biz baxışlarımızı İmam Hüseyn (ə) məktəbinin gələcəyə ötürdüyü mesajlara yönəlməliyik. Müvəqqəti, kiçik baxışlarda uzaq olmalıyıq. O, bizim gələcəyimizi qurdu ki, bizi yer üzünün varisləri etsin.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda fəaliyyət göstərən İslam Mədəniyyət və Elimləri Araşdırmaları Mərkəzinin elmi şurasının üzvü Höccətül - islam vəl - müslimin Rəhim Kargər İslam dininin gələcəklə baglı təlimatları barəsində belə yazır:

 

İmam Hüseyn (ə) - ın islahatçılıq, quruculuq və xilasedicilik misiyasını daşıyan qiyamı ikinci besət, peygəmbərliyə layiq bir iş, peygəmbəranə və imamsayağı icra edilən bir vəzifənin təkmilləşdircisi idi. O bəşəriyyət tarixinin gələcəyi qura bilən, onu görüb formalaşdıran ən önəmli ilahi nümayəndəsidir.

 

İmam Hüseyn (ə) müvəqqəti, məhdud və dar bir cografiya və zamana sıgışmayan addım atmadı. Onun qurdugu məktəb insanlıq tarixi boyunca yaşayır, bütün gələcəyi öz təsiri altına salmışdır. O dindar kəsimin, haqq yolunun yolçularının inkişafı və çiçəklənməyi üçün ən sanballı, seçilmiş və biçilmiş proqramlar ilə öz misiyasını həyata keçirdi və bu yolda qanı ilə tarixə imza atdı.

 

Mən hərdən fikirləşirəm ki, əgər İmam Hüseyn (ə) qiyam etməsəydi, bu gün əxlaq, əqidə və elmi sahələrdə hansı vəziyyətlə üzləşmişdik? Əgər İmam Hüseyn (ə)-ın aşurası təkrar olunmasaydı, əsla dindən və dindarlıgdan bir xəbər olardımı? Biz baxışlarımızı İmam Hüseyn (ə) məktəbinin gələcəyə ötürdüyü mesajlara yönəlməliyik. Müvəqqəti, kiçik baxışlardan uzaq olmalıyıq. O, bizim gələcəyimizi qurdu ki, bizi yer üzünün varisləri etsin.

 

http://shabestan.ir/detail/News/660250

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده