خبرگزاری شبستان

پنج شنبه ۲۹ شهریور ۱۳۹۷

الخميس ١٠ المحرّم ١٤٤٠

Thursday, September 20, 2018

Servis xəbərlərinin titri

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah:

Trampın müharibə, xarabalıq və kütləvi qırğınla heç bir problemi yoxdur

Şəbistan Xəbər Agentliyi: Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

Servis Əsas səhifə Zaman :   Friday, October 06, 2017 Xəbər kodu : 31119

Mədəniyyət işlərini genişləndirmək mədəni dəyərlərin güclənməsinə səbəb olur
Şəbistan xəbər agentliyi: Buşehr şəhərinin müvəqqəti İmam cüməsi dedi: Əzadarlıqların kənarında Hüseyni düşüncəni də öyrənməli və ondan həyatımızda istifadə etməliyik. Mədəniyyəti işlərini genişləndirmək mədəni dəyərlərin güclənməsinə və bu sahədə yatırım etməyə səbəb olur.

Şəbistan xəbər agentliyinin Buşehr şəhərindən verdiyi xəbərə əsasən, Buşehr şəhərinin müvəqqəti İmam cüməsi Höccətül-İslam Seyyid Qulamrza Haşimi bu gün (Mehr ayının 14-ü) Cümə namazının xütbələrində polis həftəsini təbrik etdi. Həmçinin polis qüvvələrinin zəhmətlrindən qədrdanlıq edərək dedi: Polis qüvvələri ölkənin daxili və ictimai əmniyyətini təmin etməkdə çoxlu zəhmətlər çəkir. Ali Rəhbərin buyurduğuna əsasən, əmniyyət cəmiyyət üçün hava və su kimi lazımdır. Əmniyyət davamlı surətdə və bütün sahələrdə olmalıdır. Əmniyyəti olan ölkə inkişaf etmiş ölkə sayılır. Bu da zəhmətkeş polis qüvvələrinin və digər silahlı qüvvələrin dəyərli fəaliyyətinin göstəricisidir.

Höccətül-İslam Haşimi Məhərrəm ayına və İmam Hüseynin (ə) əzadarlıq mərasimlərinə işarə edərək, camaatdan bu mərasimlərdə iştirak etdikləri üçün təşəkkür etdi. Həmçinin qeyd etdi ki, Məhərrəm ayı müqəddəs müdafiə həftəsinə yaxınlığı və Şəhid Höcəcinin pak cənazəsinin dəfn edilməsi kimi məsələlər baxımından keçən illərə görə fərqli təzahürlərə sahib idi. Həmçinin İmam Hüseynin (ə) əzadarlıq mərasimlərində yeniyetmələr və cavanların iştirak etməsi keçən illərə görə çox idi.

O, sözünü belə davam etdirdi ki, İmam Hüseynin (ə) və Aşuranın dərin düşüncəsinə diqqət yetirərək yeniyetmələr və cavanların iştirakı göstərir ki, camaat Hüseyni hisslərin kənarında O Həzrətin düşüncələrinə də aşiqdirlər. Bu əzadarlıqlar öz yerində yaxşıdır və dini şüarların qorunması deməkdir. Amma Aşuralı qalmaq və həyat sürmək çox daha önəmlidir. Buna görə də Aşuranın dərslərini bilməli və onları yaşayışımızda həyata keçirtməliyik.  http://shabestan.ir/detail/News/660242

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده