خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Thursday, October 05, 2017 Xəbər kodu : 31107

Nə üçün bilə-bilə ölümə getmək?
İmam Hüseynin (ə) hərəkatı ilə bağlı lap uzaq keçmişdən bəri narahatlıq doğuran belə bir sual irəli sürülmüşdür: “Bilərəkdən şəhadətə getmək və özünü ölümə atmağın nə mənası var? Məgər canı və qanı qorumaq (özü də imam kimi əziz bir can) vacib deyilmi?

İmam Hüseynin (ə) hərəkatı ilə bağlı lap uzaq keçmişdən bəri narahatlıq doğuran belə bir sual irəli sürülmüşdür: “Bilərəkdən şəhadətə getmək və özünü ölümə atmağın nə mənası var? Məgər canı və qanı qorumaq (özü də imam kimi əziz bir can) vacib deyilmi?”

Bu sualın qısa və konkret cavabı budur ki, cihad ən mühüm İslam hökmlərindən biridir və şəhid olmaq hər bir müsəlman üçün şərəfdir. Qurani-Kərimdə cihad və şəhadətlə bağlı onlarla ayə mövcuddur. Bu ayələrin heç birində şəxsi qalibiyyət bu məsələnin əsas şərti kimi göstərilmir. Əksinə İslam düşmənlərinə qarşı döyüş və fədakarlıq, haqq uğrunda şəhid olmaq möminlərin nişanə və əlamətlərindən biri kimi qeyd olunur. “Tövbə” surəsinin 111-ci ayəsində buyurulur:

إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالإِنجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَى بِعَهْدِهِ مِنَ اللّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluş və səadətdir!”

Sonrakı ayədə belə igid və fədakar möminlər doqquz dəyərli xislətlərlə təriflənir və sonda buyurulur:

وَالْحَافِظُونَ لِحُدُودِ اللّهِ وَبَشِّرِ الْمُؤْمِنِينَ

“...Onlar Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (cənnətlə) müjdələ!

Göründüyü kimi, digər ayələrdə də olduğu kimi, bu ayədə də cihad məsələsində qələbə şərt kimi qeyd olunmur; bəzən ölməkdir, bəzən öldürmək. Peyğəmbərimizin (s) sirə və tarixi bu mətləbə şahiddir və onu təsdiq edir. Belə ki, o həzrət güclü düşmənlə bərabərsizlik olduğu halda döyüşə girir, bəzən yaxın və ən əziz adamını belə itirirdi. Bu mühüm vəzifə – Allah yolunda cihad bütün müsəlmanlara bir dini vəzifə kimi vacib olduğu zaman İslam və Quranın mühafizəçisi vəzifəsini öz çiynində daşıyan imam üçün təsəvvür etdiyimizdən daha yüksək bir öhdəlikdir. Əgər imam da belə bir vəzifəni yerinə yetirməzsə və bu böyük səadətdən imtina edərsə, bəs, bu işi kim yerinə yetirməlidir? Əgər imam da özü və əzizlərinin canı və qanı ilə ilahi qayda-qanunları qorumazsa, bəs, həmin qayda-qanunları kim qoruyacaqdır? Bəli, imam Hüseyn (ə) ümumi şərait və vəziyyəti belə bir faydalı ticarət üçün münasib gördü. O həzrət görürdü ki, bu ticarətdən ələ gələcək fayda İslamın, müsəlmanların, Quranın, Peyğəmbər sünnəsinin yezidçilərin istismarından xilası və İslam tarixində dəyişikliklərin yaranmasından ibarətdir. Bundan böyük mənfəət ola bilərmi? (“İmam Hüseynin (ə) Mədinədən Kərbəlayadək buyurduqları, Ustad Məhəmmədsadiq Nəcmi, səh. 43-44)

Rza Şükürlü (Maide.Az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده