خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, October 2, 2017 Xəbər kodu : 31082

Amerikanın hiyləgər planı bölgənin ölkələrini parçalamaqdır
Şəbistan Xəbər Agentliyi: Livanın Hizbullah təşkilarının baş katibi Seyid Həsən Nəsrullah Aşura günü münasibətilə etdiyi çıxışında deyib: Yəhudilər bilməlidirlər ki, onlar Amerikanın regionu hədəfə alan siyasətlərinin qurbanı olublar.

Şəbistan Xəbər Agentliyi “əl- Qədir ” telekanalının rəmi saytına istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah paytaxt Beyrutun Cənub Dahiyə məntəqəsində Aşura günü münasibətilə çıxış edib.

 

Çıxışında təkfirçi vəhhabi İŞİD terror təşkilatına işarə edən Nəsrullah, bunları qeyd edib: “İŞİD region və tariximizdəki ən pis fenomen və məsələlərdən biridir. Bu təşkilatı yaradıb dəstəkləyənlər tez və ya gec ağır şəkildə əvəzini ödəyəcək. Müsəlmanlar bu fenomenə qarşı müxtəlif toplantılar və konfranslar təşkil etməlidir.

 

Həmçinin İslam ümməti belə faciələrin təkrarlanmaması üçün vəhhabilik ideologiyasına qarşı çıxmalıdır”.

 

Sionistlərin Livanın suverenliyini piozduğunu bildirən Seyyid Həsən Nəsrullah, çıxışını belə davam etdirib: “Bu rejim ölkəmizin suverenliyini pozmağa davam edir.

 

Sionist rejim ABŞ ilə Böyük Britaniyanın bölgədəki oyuncağıdır. Binyamin Netanyahu ilə kabineti millətini müharibə və məhvə sürükləyir. Hazırda Netanyahu regionda yeni müharibə axtarır. Sizlər (israillilər) Netanyahunun məntiqsiz siyasətinin əvəzini ağır bir şəkildə ödəyəcəksiniz. Bu fərd və hökuməti müharibə başladığı vaxt necə sona çatdıracağını da bilmir və başlarına nələr gələcəyindən xəbərsizdir”.

 

Seyid Həsən Nəsrullah Netanyahu və ətrafına müraciət edərək deyib: “Müasir dünya çoxdan dəyişib güvəndiyiniz adamların məgər sənin yanında dayanacaqlarını güman edirsən?”.

 

Bunlara əlavə olaraq Nəsrullah, belə deyib: “Əgər iraqlılar, suriyalılar və livanlılar ABŞ hökuməti və beynəlxalq koalisiyanı gözləsəydi, hazırda terror təşkilatı İŞİD mövcudluğunu davam etdirmiş olacaqdı”.

 

Hizbullahın lideri regiondakı dövlətlərə də müraciət edib: “Regionumuzdakı ölkələr dost və düşmənlərini yaxşı bir şəkildə müəyyənləşdirməlidir. ABŞ-a etimad etmək əvəzinə öz ayaqları üzərində dayanmalıdırlar. Bununla yanaşı, Vaşinqton rəhbərliyinin baş verən bütün bəlalar və fəlakətlərin səbəbkarı olduğunu unutmamalıyıq”.

 

Xatırladaq ki, oktyabrın 1-nə təsadüf edən Aşura günü münasibətilə Livanın bir çox şəhərində milyonların iştirakı ilə matəm yürüşləri keçirilmişdir.

 

http://shabestan.ir/detail/News/659251

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده